Alimə salavat göndərmək düzgündürmü?
Mьəllif: admin1
Tarix: 6-02-2021, 21:46
Alimə salavat göndərmək düzgündürmü?
Xacə Nəsir, İmam (ə) nəslindəndir. Xacə nə zaman Seyyid Murtəzanın adını çəkərdi, ona salavat göndərərdi.

Şagirdləri də təəccüb edərdilər ki, görəsən alimə salavat göndərmək olarmı?

O, cavabında buyurardı: “Allah Təala “Əhzab” surəsində möminlərə salavat göndərmişdir. Mələklər möminlərə salavat göndərmişdir.

“Sizi (cəhalət, küfr və fisq) zülmətindən (elm, iman və təqva) nuruna çıxarmaq üçün mələkləri ilə birlikdə (mələkləri sizin üçün bağışlanmaq diləyirlər) salavat göndərən (məxsus mərhəmətini sizə nəsib edən) Odur.

O, möminlərə daim rəhm edəndır”. (“Əhzab” 43).

O zaman ki, mələklər möminlərə salavat göndərərlər, yeri vardır ki, böyük məqama malik olan Seyyid Murtəzaya da salavat göndərsinlər. O, çox böyük bir alim olmuşdur”.

Xacə bu yolla öz elmi ədəbini və təvazökarlığını nümayiş etdirmişdir.

(Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən)


/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031