Kisa hədisi nədən bəhs edir?
Müəllif: Admin
Tarix: 25-01-2021, 11:23
Kisa hədisi nədən bəhs edir?
Ərəb dilindən tərcümədə “kisa” əba, geyim deməkdir.

İslam mənbələrindəki çoxsaylı hədislərə görə, bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) nəvələri Həsənlə Hüseyni (ə) öz əbasının (kisasının) altına almış, sonra Həzrət Əli (ə) otağa daxil olmuş və Peyğəmbər onu da kisanın altına dəvət etmişdi.

Daha sonra Peyğəmbər Həzrət Fatiməni (ə) də kisanın altına almış və bu şəxslərin pak, məsum olmaları üçün Allaha dua etmişdi.

Bu hadisədən sonra Əhzab surəsinin 33-cü ayəsi nazil oldu: “Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!”

Kisa hədisi həm şiə, həm də sünni mənbələrində böyük səhabələrin dilindən dəfələrlə qeyd edilmişdir. Bu hədis Əhli-beytin məsumluğu və üstünlüyü barədə ən məşhur dəlillərdən biri sayılır.
Oxşar xəbərlər
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031