Məsləhətləşməyin qayda-qanunu necədir?
![]() Nəql edirlər ki, İmam Rza (ə) qaradərili nökərləri ilə çoxlu məsləhət edər və deyərdi: “O qədər olubdur ki, Allah bizim xeyirimizi onların dilindən axıdıbdır”. İmam Əli (ə) buyurur: “O kəs ki, özünü başqalarının rəy və nəzərindən ehtiyacsız bilər və məsləhət etməz – canını xətərə salmış olar”. Bəs kimlərlə məsləhət edə bilərik? İmam Əli (ə) buyurur: “O kəslərlə ki, Allahdan çəkinirlər və mömin qardaşlarını təqvalarının ölçüsü qədər sevirlər – məsləhət et və pis qadınlardan çəkin”. Həzrət Peyğəmbər (s) buyurur: “O dəstə ki, bir-biri ilə məsləhət edər və onların içərisində elə insan olar ki, adı Muhəmməd, ya Əhməd, ya Hamid, ya Mahmud olarsa – şübhəsiz ki, o şey ki, onların xeyirinədir, onlar üçün aşkar olar”. İmam Sadiq (ə) buyurur: “Məsləhət etməyin həddi və şəraiti vardır ki, hər kim ona riayət etməzsə, məsləhət etməyin ziyanları onun üçün faydasından daha çox olacaqdır. O kəs ki, onunla məsləhət edir – aqil və bilikli olmalıdır. Azad və dindar olmalıdır. Onun qardaşı və dostu olmalıdır”. Məsləhət verənin vəzifəsi nədir? İmam Sadiq (ə) buyurur: “Hər kiminlə ki, mömin qardaşı məsləhət edər və o şey ki, onun xeyirinədir onu deməz – Allah onun ağıl və huşunu zay edər”. İmam Əli (ə) buyurur: “Bezaram o kəsdən ki, müsəlman onunla məsləhət edər və o şey ki, onun xeyirinədir – onu ona deməz”. Məsləhətin faydası. Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! O kəs ki, Allahdan xeyir istəyər – avara olmaz. O kəs ki, işlərində insanlarla məsləhət edər – peşman olmaz”. İmam Əli (ə) buyurur: “O kəs ki, məsləhət edər – həlak olmaz”. /Deyerler.org/ Oxşar xəbərlər
|