Tuba ağacı nədir və haradadır?
Müəllif: admin1
Tarix: 15-06-2020, 08:56
Tuba ağacı nədir və haradadır?
Tuba ağacı - Əmirəl-möminin (ə) və nəslinin vilayəti və dostluğudur ki, bütün yaxşılıqları əhatə edir. Başqa sözlə desək, Ali-Muhəmməd (ə) sevgisidir.

Necə ki, namaz və həcc və hər bir ibadət əgər vilayəti qəbul edərək olarsa, möminin meracı olar. İmamətin əsasını tək olan Allaha pərəstiş etmək təşkil edir.

Allah axtarışda olan hər bir kəs ancaq bu yolla, yəni imamət yolu ilə həqiqətə və məqsədə çata bilər. Bu böyük hədiyyə möhkəm səngər və məğlubedilməz qaladır ki, hər cür ziyandan səni qoruyar.

Bir nəfər Peyğəmbərin (s) qonağı olur və Həzrətə (s) sual verir ki, Tuba ağacı haradadır? Həzrət (s) buyurur: "Firdovsda, mənim sarayımda”.

aşqası da bunu soruşur və Həzrət (s) buyurur: "Behiştdə, Əmirəl-mömininin (ə) evində”. Deyirlər ki, axı bir neçə dəqiqə əvvəl soruşanda dediniz ki, mənim sarayımda, indi isə deyirsiniz ki, Əlinin (ə) evində.

Həzrət (s) buyurur: "Mənim sarayımla Əlinin (ə) evi bir yerdədir”.

Həzrət Peyğəmbər (s) əziz qızı Fatiməyə (s.ə) belə buyurur: "Merac gecəsində Sidrətul-muntəha ağacına çatdım. Onun üzərində yazılmışdı: "Həqiqətən Mən – tək Pərvərdigaram ki, Məndən başqa Allah yoxdur. Muhəmməd (s) yaratdıqlarımın seçimişidir. Onu vəziri ilə təsdiq edər və yardım çatdıraram”.

Cəbrayilə (ə) sual verdim: "Vəzir və canişinim kimdir?”. Dedi: "Əli ibn Əbutalib (ə). Behiştdə elə bir saray yoxdur ki, Tuba ağacının budağı orada olmasın”.

Allah Təala sonuncu hüccətinin sevgisini iman əlhinin pak ürəklərində əkib, onu ən üstün rəftar və əqidə ilə suladı və ağac yetişdirdi. Bu mübarək ağacın kökləri o qədər möhkəm və dayanıqlıdır ki, heç bir zaman qəddini əyməz. Heç bir qatı külək onun budaqlarını titrətməz və sındırmaz.

İmam Sadiq (ə) bu ayənin: "Məgər (qəlb gözü ilə) Allahın necə məsəl çəkdiyini görmədin? Pak kəlməni (tovhidi) kökü (yerdə) möhkəm, budağı (isə) göydə olan pak ağaca (bənzədib). (Tovhid ağacının kökü cəmiyyətin etiqadının əsasları, onun budaqları isə dinin şəriətdə buyurduğu əməllərdir ki, yüksək bir cəmiyyətin səmasına ucalır.)”.

("İbrahim” 24) təfsirində buyurmuşdur: "Məqsəd - Peyğəmbər (s) və ondan sonrakı rəhbərlərdir ki, sabit əsasa malikdirlər. Məqsəd – o sərvərlərin vilayətidir ki, onlara tabe olmaq və qəbul etmək lazımdır”.

Həzrət (ə) başqa bir yerdə bu ayənini təfsiri haqqında buyurur: "Peyğəmbər (s) - kök, Əmirəl-möminin (ə) - gövdə, Həzrət Fatimə (s.ə) - şaxə, onun nəslindən olan rəhbərlər - budaq və davamçıları isə o ağacın yarpaqlarıdır”.

Süleyman Həzrət İmam Sadiqə (ə) sual verir ki, niyə bu ağacı Sidrətul-muntəha adlandırırlar? Həzrət (ə) buyurur: "Allaha and olsun ki, din onunla sona çatar. Hər kim ondan bəhrələnməz, iman əhli və bizim davamçımız deyildir”.

İmam Sadiq (ə) buyurur: "Tuba - o kəsə layiqdir ki, Qaimin (ə.f) qeybi zamanı bizim əmrlərə çəng vurar və ürəyi yolu tapandan sonra yolunu azmaz”.

Soruşurlar ki, Tuba nədir? Həzrət (ə) buyurur: "Behiştdə, İmam Əlinin (ə) evində kök salmış ağacdır və elə bir mömin yoxdur ki, onun evində həmin ağacın budağından olmasın”.

İmam Sadiq (ə) bu ayənin: "Beləcə İbrahimə (atasının və qövmünün azğınlıqda olmasını öyrətdiyimiz kimi Özümüzün) göylərə və yerə olan tam malikiyyət və rübubiyyətimizi (də) göstərirdik (ki, dəlilgətirmə məqamında elmli və bacarıqlı olsun) və (həmçinin) inananlardan olması üçün”.

("Ənam” 75) təfsirində buyurmuşdur: "Həzrət İbrahim (ə) üçün səma və yerin yeddi pərdəsi kənara çəkildi və ərşdən də yuxarısını görə bildi. Həzrət Muhəmməd (s) üçün də belə oldu. Mən sizin sahibinizə və ondan sonrakı rəhbərlərə baxıram və onların hamısı üçün belədir”.

Həzrət (ə) başqa yerdə buyurur: "Biz hər kimə baxsaq, iman həqiqətini və ya ikiüzlü olmasını dərk edirik. Bizim davamçılarımız öz ad və nişanələri ilə yazılmışdır”.

İmam Baqir (ə) buyurur: "Biz Allah xəlqi içində olan Allahın gözləriyik”. Yəni, heç bir şey bizdən gizli deyildir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930