Mədə dolu olanda, fikir yuxuya gedir – Loğmanın hikmətli sözləri
Mьəllif: admin1
Tarix: 13-01-2021, 21:16
Mədə dolu olanda, fikir yuxuya gedir – Loğmanın hikmətli sözləri
Loğman oğluna nəsihət verir və deyir: “Oğlum! Ehtiyacsız olmağı qəlbində və canında qərar ver. O zaman ki, möhtac oldun – insanlara demə ki, onların yanında həqir olarsan. Bəlkə Allahın fəzlindən istə”.

“Oğlum, nə zaman mədən dolu olarsa, fikrin yuxuya gedər və hikmət işdən düşər. Bədənin əzaları ibadətdən qalar”.

“Oğlum, nə zaman sənin qüdrətin əlinin altında olanlara zülm etməyə dəvət edərsə, Allahın sənin üzərində olan qüdrətini yada sal”.

“Moizəni qəbul et və ona əməl et. Çünki mömin üçün moizə baldan da şirindir. Münafiq üçün yaşlı kişinin pilləkəndən çıxması kimi çətindir”.

“Oğlum! İlahi təqvadan sonra layiqli dost seçməyi kənara qoyma”.

“Oğlum! Çalış ki, bu günün dünəndən daha yaxşı və sabahın bu gündən daha yaxşı olsun. Hər kimin bu günü dünənkindən pis olarsa, Allahın rəhmətindən uzaq olar”.

“Hər kim Allaha itaət edərsə, Ondan qorxar. Hər kim Ondan qorxarsa, Onu sevər. Hər kim Onu sevərsə, Onun əmrinin ardıcılı olar. Hər kim Onun əmrinin ardıcılı olarsa, behiştə və Onun razılığına layiqli olar”.

“Oğlum! Allaha təvəkkül et və insanlara sual ver: Kim Allaha təvəkkül etmişdir və Allah ona kifayət etməmişdir?”.

“(Allah) hikməti hər kimə istəsə, verər. Hər kimə hikmət verilərsə, hər an çoxlu xeyir verilmiş olar. Aqillərdən başqa heç kəs nəsihət almaz”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930