Qeybəti eşidənin vəzifəsi nədir?
Müəllif: Admin
Tarix: 12-01-2021, 21:47
Qeybəti eşidənin vəzifəsi nədir?
Qeybət elə bir kəbirə günahdır ki, qeybət edən tənha halda onu yerinə yetirə bilməz. Ona görə də qeybəti eşidən də bu günahı yerinə yetirməkdə şərikdir.

O hal istisnadır ki, qeybəti eşidən, qeybət edənlə müxalif olar. Onu qeybət etməkdən saxlayar. O yerdə ki, onunla müxaliflik edə bilməz, gərək qeybəti eşitməkdən çəkinsin. Qəlbində qeybət edənə qarşı müxalif olsun.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim insanları, qardaşının olmadığı yerdə abırını aparmaqdan saxlayarsa, Allahın üzərindədir ki, Qiyamət günü onun abırını saxlasın”.

Ancaq əgər insan müxaliflik etmək yerinə, həmin insanın dedikləri ilə razı olarsa, qeybət edənin günahına şərik olar. Qiyamət günü onu da qeybət edən kimi cəzalandırarlar.

Allah qeybət edən insana düşmən kimi baxar. Çünki bu insan Allahın bəndəsinin abırını aparmış olar. Hər kim Allah bəndəsinin abırını aparar – Allah onu hər iki dünyada rüsvay edər. O kəs ki, insanların gizlisini aşkara çıxardar və onları rüsvay edər – Allah da onu rüsvay edər.

Həzrət Peyğəmbər (s) buyurur: “Ey o kəslər ki, dildə İslamı qəbul etmisiniz, iman qəlbinizə daxil olmamışdır. Müsəlmanları məzəmmət etməyin.

Onların gizli eyblərini axtarmayın. Çünki hər kim onların gizli eyblərini axtarar, Allah da onun gizlilərini axtarar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Merac gecəsində bir dəstə insanın yanından keçdim ki, üzlərini çəngəllə cızırdılar.

Cəbrayildən soruşdum ki, bunlar kimlərdir? O, dedi: “Bunlar o kəslərdir ki, insanların qeybətini edirdilər və insanların abırını aradan aparırdılar”.

Bəli, hər kim qeybət edər və ya qeybətə qulaq asar – ağır cəzaya məhkum olar. Allah belə bir insanı rüsvay edər və abırını aradan aparar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031