Xəstəyə qulluq etməyin hansı savabları var?
Müəllif: Admin
Tarix: 12-01-2021, 21:40
Xəstəyə qulluq etməyin hansı savabları var?
Mərazim ibni Həkim nəql edir: “Muhəmməd ibni Məsadif ilə birlikdə yol yoldaşı olduq. Mədəniyə daxil olan zaman xəstələndim.

O, məscidə getdi və məni tək qoydu. Buna görə gileyləndim. O da bu mövzu haqqında İmam Sadiqi (ə) bilgiləndirdi.

İmam (ə) ona belə cavab vermişdi: “Sənin onun yanında əyləşməyin, məsciddə namaz qılmağından daha üstün idi””.

İmam Sadiq (ə) buyurur: “İmam Zamanın (ə.f) rikabı altında 13 qadın olacaqdır. Yaralıları müalicə edəcək və xəstələrə qulluq edəcəklər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim xəstənin ehtiyacını aradan qaldırmaq üçün səy edərsə, istər onu həyata keçirər və ya keçirtməzsə – anasından doğulduğu gün kimi günahlarından pak olacaqdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bir gecə-gündüz xəstəyə qulluq edərsə, Allah onu İbrahim Xəlil ilə məhşur edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim xəstənin istədiyi yeməyi ona yedizdirərsə, Allah behişt meyvəsindən ona yedizdirər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031