İslamın diyarı, hasarı, nuru və yardımçısı
Müəllif: Admin
Tarix: 12-01-2021, 11:03
İslamın diyarı, hasarı, nuru və yardımçısı
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

إنَّ اللّهَ خَلَقَ الإِسلامَ فَجَعَلَ لَهُ عَرصَةً وجَعَلَ لَهُ نورًا وجَعَلَ لَهُ حِصنًا وجَعَلَ لَهُ ناصِرًا، فَأَمّا عَرصَتُهُ فَالقُرآنُ، وأمّا نورُهُ فَالحِكمَةُ، وأمّا حِصنُهُ فَالمَعروفُ، وأمّا أنصارُهُ فَأَنَا وأهلُ بَيتي وشيعَتُنا، فَأَحِبّوا أهلَ بَيتي وشيعَتَهُم وأنصارَهُم، فَإِنَّهُ لَمّا اُسرِيَ بي إلَى السَّماءِ الدُّنيا فَنَسَبَني جَبرَئيلُ (ع) لِأَهلِ السَّماءِ استَودَعَ اللّهُ حُبّي وحُبَّ أهلِ بَيتي وشيعَتِهِم في قُلوبِ المَلائِكَةِ، فَهُوَ عِندَهُم وَديعَةٌ إلى يَومِ القِيامَةِ، ثُمَّ هَبَطَ بي إلى أهلِ الأَرضِ، فَنَسَبَني إلى أهلِ الأَرضِ فَاستَودَعَ اللّهُ عَزَّوجَلَّ حُبّي وحُبَّ أهلِ بَيتي وشيعَتِهِم في قُلوبِ مُؤمِني اُمَّتي، فَمُؤمِنو اُمّتي يَحفَظونَ وَديعَتي في أهلِ بَيتي إلى يَومِ القِيامَةِ.

ألا فَلَو أنَّ الرَّجُلَ مِن اُمَّتى عَبَدَ اللَّهَ عزّ وجلّ عُمُرَهُ أيّامَ الدُّنيا ثُمَّ لَقِيَ اللَّهَ عزّ وجلّ مُبغِضاً لِأَهلِ بَيتى وشيعَتى، ما فَرَّجَ اللَّهُ صَدرَهُ إلّا عَنِ النِّفاقِ .

“Həqiqətən, Allah İslamı yaratdı və ona bir diyar, bir nur, bir hasar və bir yardımçı təyin etdi. Onun diyarı Quran, nuru hikmət, hasarı yaxşılıq, yardımçısı isə mən, Əhli-beytim və şiələrimizdir. Belə isə Əhli-beytimi, onların şiələri və köməkçilərini sevin.

Çünki dünyanın səmasına qaldırıldığım və Cəbrail (ə) məni səma əhlinə tanıtdırdığı zaman Allah mənim, Əhli-beytimin və onların şiələrinin məhəbbətini mələklərin qəlblərinə saldı.

Bu məhəbbət Qiyamət gününə qədər onların qəlbində qalacaq. Sonra (Cəbrail) məni yerə endirib yer əhlinə tanıtdırdı. Bu zaman Allah-Taala mənim, Əhli-beytimin və şiələrinin məhəbbətini ümmətimin möminlərinin qəlblərinə əmanət verdi. Beləliklə, ümmətimin möminləri Əhli-beytimlə bağlı bu əmanəti Qiyamət gününə qədər qoruyub-saxlayar.”

“Agah olun, mənim ümmətimdən kimsə bütün ömrünü Allah-Taalaya ibadətlə başa vuraraq Allah-Taalanın dərgahına qəlbində Əhli-beytimə və şiələrimə qarşı nifrət bəslədiyi halda gedərsə, Allah onun sinəsini nifaqdan (ikiüzlülük) başqa bir şeylə açmaz.” (“Əl-kafi”, c.2, səh.46, hədis 3.)


Maide.az
Oxşar xəbərlər
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031