Bu xüsusiyyətə malik insanlar şeytanın (lən) şəriki olur
![]() Onun məqamını Allah yanında endirər və Allahın gözündən salar. Ona görə də dinimiz bu əməli məzəmmət edir və ondan çəkinməyi tövsiyə edir. İmam Sadiq (ə) buyurur: “Dilini çirkin sözlər deməkdən qoru”. İmam Əli (ə) buyurur: “Söyüş söyənlər və pis dilli insanlar İslamdan uzaqdırlar”. Həzrət Peyğəmbər (s) buyurur: “Söyüş söyməkdən çəkinin. Çünki Allah Təala pis dilli söyüş söyəni sevməz”. İmam Baqir (ə) buyurur: “Allah, pis dilli söyüş söyən insanı düşmən bilər”. İmam Əli (ə) buyurur: “O kəs ki, söyüş söyər, həsəd aparanların qəlbini soyudar”. İmam Əli (ə) buyurur: “Ağılsızların ən ağılsızı o kəsdir ki, söyüş söyməyi ilə iftixar edər”. İmam Sadiq (ə) buyurur: “Hər kim ki, insanlar onun dilindən qorxar – o, atəşdə olar”. İmam Sadiq (ə) buyurur: “Şeytanın şəriklərinin nişanələrindən biri budur ki, insan söyüş söyən olsun. Nə dediyindən və nə eşitdiyindən qorxusu olmasın”. Həzrət Peyğəmbər (s) buyurur: “Allahın ən pis bəndələrindən biri o kəsdir ki, pis dilli olması və söyüş söyməsinə görə onunla yoldaş olmaq xoşagəlməz olar”. Həzrət Peyğəmbər (s) buyurur: “Ən pis insan o kəsdir ki, insanlar söyüş söyməsinin qorxusundan onu tərk edərlər”. İmam Sadiq (ə) buyurur: “Pis dilli olmaq ədəbsizlikdəndir və ədəbsiz də atəşdə olar”. /Deyerler.org/ Oxşar xəbərlər
|