Gecə namazı qıla bilməməyin 2 əsl səbəbi
Müəllif: Admin
Tarix: 13-04-2019, 10:36
Gecə namazı qıla bilməməyin 2 əsl səbəbi
Gecənin sonu çox mübarək bir zamandır. Allaha xüsusi ibadətlər zamanıdır. Həqiqi Məhbub ilə xəlvətdə ünsiyyət zamanıdır. Məsum İmamlarımız (ə) bizləri bu mübarək vaxtda oyanmağa və ibadət etməyə həmişə təşviq etmişdilər.

Aləmin Tək Xaliqi ilə gecə vaxtı xəlvətdə ünsiyyət qurmaq, qəlb əhli üçün xüsusi ləzzətə malikdir. Bu insanlara gecə namazı qılmaq tofiqi nəsib olur. Dünya və onda olanların hamısı nəzərlərində çox kiçik və dəyərsizdir.

İmam Səccad (ə) Allahla ünsiyyətində buyurur: "Ey mənim Məbudum! O kimdir ki, sevginin şirinliyini dadar və Səndən üz döndərər və başqasını Sənin yerinə məqsəd və məhbubu qərar verər? O kimdir ki, Sənin qürbünə yaxınlaşar, başqasına ürək bağlamaq və qovuşmaq arzusunu zehninə yol verər?”.

İnsan bəzən istəyir ki, gecənin sonunda ayağa qalxsın və gecə namazı qılsın. Lakin buna müvəffəq ola bilmir. Bilməliyik ki, bəzi amillər buna imkan vermir.

1. Günaha düçar olmaq.

Allahın əmrlərinə itaətsizlik etmək və günaha düçar olmaq insanı gecə ibadətindən məhrum edər. İnsan gərək gün ərzində gözünə, qulağına, dilinə hakim olsun.

Əgər belə olmazsa, bu zaman namaza görə ayağa qalxmaq onun üçün çətin olar.

İmam Sadiq (ə) buyurur: "Bir insan günah edər, nəticədə gecə namazından məhrum olar. Həqiqətən günahın günahkara qoyduğu təsir, bıçağın ətə qoyduğu təsirdən daha tezdir”.

Bir nəfər Əmirəl-möminin (ə) yanına gəlir və deyir: "Mən gecə namazından məhrum oluram, onu qılmaq üçün tofiqim yoxdur”.

Həzrət (ə) buyurur: "Günahların səni gecə namazından məhrum etmişdir”.

İmam Sadiq (ə) buyurur: "Günah insanı ibadətdən məhrum edər, Allaha münacat etməyin ləzzətini ondan alar”.

2. Çox yemək.

O kəs ki, gecə yatmazdan əvvəl mədəsini müxtəlif yeməklərlə doldurar, təbiidir ki, gecənin sonunda oyana bilməz.

hz. Loğman (ə) buyurur: "Oğlum, nə zaman insanın mədəsi dolu olar, fikir və düşüncəsi yuxuya gedər. Dili hikməti deməkdən dayanar və bədən ibadətdən (ibadət üçün) gücsüz olar”.

Bundan başqa, zəif iradə və gecə gec yatmaq təsiredici amillərdəndir.



(Deyerler.org)
Oxşar xəbərlər
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031