Üzrü qəbul etməmək günah sayılır
![]() Üzrü qəbul etməməyin bəzi təsirləri vardır ki, onlarla tanış olaq: 1. Şantaj edənin günahı. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimdən din qardaşı üzr istəyər və o, üzrünü qəbul etməzsə – onun günahı şantaj edənin günahı kimi olar”. 2. Kövsər hovuzuna daxil olmaz. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimin din qardaşı üzr istəmək üçün yanına gələr – gərək üzrünü qəbul etsin. Əgər qəbul etməzsə, Kövsərin kənarında mənə qovuşmaz”. 3. Şəfaətdən faydalana bilməz. Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Hər kim üzrü qəbul etməzsə – üzr istəyən istər yalan desin, istərsə də doğru – mənim şəfaətimi əldə edə bilməz”. 4. Böyük günahdır. İmam Əli (ə) buyurur: “Ən böyük günah – üzrü qəbul etməməkdir”. 5. Ən şər insan olar. Həzrət Peyğəmbər (s) buyurur: “Ən pis insan o kəsdir ki, başqasının xatasını bağışlamaz, onun büdrəməsindən keçməz”. 6. İlahi əfvdən faydalana bilməmək. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs ki, güzəşt edər, Allah da ona güzəşt edər”. 7. Ağılsızlığın nişanəsidir. İmam Sadiq (ə) buyurur: “Ən ağılsız insan o kəsdir ki, əlinin altında olanlara zülm edər və ondan üzr istəyənin üzrünü qəbul etməz”. /Deyerler.org/ Oxşar xəbərlər
|