Bu 6 gözəl sima qəbirdə insanı qoruyar
![]() Onlardan biri sağ tərəfində dayanar. Biri sol tərəfində dayanar. Üçüncüsü üzü ilə üzbəüz dayanar. Dördüncüsü başının arxasında dayanar. Beşincisi ayaqlarının yanında dayanar. Onlardan altıncısı ki, hamısından daha gözəldir – başının üstündə dayanar. Bu yolla qəbir sahibini qoruyarlar. O sima ki, hamısından daha gözəldir, qalan beş simadan soruşar: “Siz kimsiniz? Allah sizə xeyir versin”. O sima ki, meyitin sağ tərəfində olar – deyər ki, “mən – namazam”. O sima ki, sol tərəfində olar – deyər ki, “mən – zəkatam”. O sima ki, onunla üzbəüz olar – deyər ki, “mən – orucam”. O sima ki, başının arxasında olar – deyər ki, “mən – həcc və ümrəyəm”. O sima ki, ayaqlarının yanında olar – deyər ki, “mən – din qardaşlarına etdiyi yaxşılığam”. Sonra o beş sima həmin simadan soruşarlar ki, “sən kimsən ki, bizim hamımızdan daha gözəl və daha ətirlisən?”. Həmin sima deyər: “Mən – Ali-Muhəmməd (ə) vilayətiyəm””. /Deyerler.org/ Oxşar xəbərlər
|