Bir günahkar insanın nəsuh tövbəsi
Mьəllif: admin1
Tarix: 10-12-2020, 20:24
Bir günahkar insanın nəsuh tövbəsi
Bişri Hafi gününü “xoş” keçirtməyi sevən və günah məclisləri təşkil edən bir şəxs idi. Bir gün İmam Kazım (ə) onun evinin önündən keçirdi. Bu zaman evdən çox yüksək səslə ğinasədaları gəlirdi.

İmam (ə) evin kənarında dayanan xidmətçiyə buyurur: “Bu evin sahibi quldur, yoxsa azaddır?”.

Xidmətçi deyir: “Azaddır”.

İmam (ə) buyurur: “Düz deyirsən. Əgər qul (bəndə) olsaydı, mövlasından qorxardı”.

Xidmətçi evə daxil oldu və Bişri Hafi onun gec gəlməsinin səbəbini soruşdu.

Xidmətçi də olanları ona danışdı.

İmamın (ə) mübarək sözləri ona böyük təsir etmişdi. O, sanki yuxudan ayılmışdı.

Bişri Hafi ayaqyalın İmamın (ə) ardınca qaçır və özünü Həzrətə (ə) çatdırır. Onun əli ilə tövbə edir.

Bişri qəhər dolu gözləri ilə evə qayıdır və dərhal günah məclisini yığışdırır.

Bu gündən etibarən, o, xalis tövbəkarlardan olur. Zahidlərin zümrəsində qərar tutur. Böyük mənəvi məqamlara yetişir.



/Deyerler.org/

Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031