Allahın 100 rəhməti vardır. Onun 1 rəhməti bütün yaradılanlara bəs edir
Müəllif: Admin
Tarix: 21-11-2020, 13:58
Allahın 100 rəhməti vardır. Onun 1 rəhməti bütün yaradılanlara bəs edir
“Buyurdu: «(xilqətin kamil quruluşunda hikmət əsasında) istədiyimi əzabıma düçar edərəm və rəhmətim hər bir şeyi əhatə etmişdir.

Odur ki, tezliklə onu təqvalı olanlar, zəkat verənlər və Bizim ayə və nişanələrimizə iman gətirənlər üçün yazacağam»”. (“Əraf” 156).

Allahın rəhməti hər bir canlını əhatə edər. Hər kəs bir cür bu süfrədə əyləşmiş olar. Belə ki, kafir də, mömin də, fasiq də, adil də, muxlis də, münafiq də – hamı ondan bəhrələnər.

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər İlahi rəhmətin ölçüsünü bilsəydiniz, ona söykənərdiniz”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Allahın 100 rəhməti vardır. Onların bir rəhməti bütün xəlqə kifayətdir. 99 rəhmətini isə övliyaları üçün qərar vermişdir”.

İmam Səccada (ə) deyirlər: “Həsən Bəsri deyir ki, təəccüblü deyildir ki, həlak olan necə həlak olmuşdur. Bəlkə təəccüb buradadır ki, İlahi əzabdan nicat tapan necə nicat tapmışdır?”.

Həzrət (ə) buyurur: “Mən deyirəm: Təəccüblü deyildir ki, nicat tapan necə nicat tapmışdır. Təəccüblü budur ki, həlak olan Allahın rəhmətinin genişliyinə baxmayaraq, necə həlak olmuşdur?”.

İmam Sadiq (ə) buyurur: “Günahkar bəndəni Qiyamət günü hesab səhnəsinə daxil edirlər. O, xatalarının çox olmasına görə ağlayar. Ona deyilər ki, niyə ağlayırsan?

Cavab verir: “Ona görə ki, rüsvay olacağam. Xəlq günahlarımı biləcəkdir”.

Ona deyiləcəkdir ki, dünyada günah edirdin və gülürdün. Biz səni o halınla rüsvay etmədik. İndi ki, günah etmirsən və ağlayırsan – səni necə rüsvay edək ki?”.

İmam Sadiq (ə) buyurur: “O zaman ki, Qiyamət günü gəlib çatar, Allah Təala rəhmətini elə genişləndirəcəkdir ki, İblis belə Onun rəhmətinə tamah edəcəkdir”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30