İlk oruc tutan insan kim olmuşdur?
![]() “O zaman ki, Həzrət Adəm (ə) qadağan olunmuş ağacın meyvəsindən yedi, o meyvə 30 gün mədəsində qaldı. Ondan sonra Allah Həzrət Adəmə (ə) və onun övladlarına 30 gün aclığı və susuzluğu vacib etmişdir”. Bu hədis deyir ki, ilk oruc tutan insan – Həzrət Adəm (ə) olmuşdur. Bəzi hədislərdən belə başa düşmək olur ki, Həzrət Peyğəmbərin (s) dövründə ilk oruc tutan insan – İmam Əli (ə) olmuşdur. Belə ki, hədislərin birində oxuyuruq: “Əbu Səyid Xədəri nəql edir: “Peyğəmbər (s) ilə birlikdə Məkkədə idik. Uzun qamətli bir ərəb gəldi və dedi: “Ya Muhəmməd (s)! Əli ibni Əbitalibi (ə) nə qədər sevirsən?”. Həzrət Peyğəmbər (s) ağlamağa başladı. Belə ki, göz yaşları üzündən axırdı. Sonra buyurdu: “Ey ərəb! İlk kəs ki, oruc tutmuşdur, zəkat vermişdir, sədəqə vermişdir, iki qibləyə namaz qılmışdır, iki dəfə beyət etmişdir, iki dəfə hicrət etmişdir... İmam Əli (ə) olmuşdur”. Allahım! Bizləri Əhli-Beytin (ə) ardıcıllarından qərar ver! /Deyerler.org/ Oxşar xəbərlər
|