Bu surəni 1 dəfə oxumaq – Günəş və Ay qədər sədəqə verməyə bərabərdir
Mьəllif: admin1
Tarix: 31-10-2020, 22:15
Bu surəni 1 dəfə oxumaq – Günəş və Ay qədər sədəqə verməyə bərabərdir
“Şəms” surəsi Quranın 91-ci surəsi olub, Məkkədə nazil olmuşdur. 15 ayəsi vardır.

Qurani-Kərimin ayələrini oxumaq insanın qəlbinə aramlıq verər və onun gündəlik çətinliklərinin həll olmasına yardım edər. “Şəms” surəsi də bu cür surələrdən biridir.

Həzrət Peyğəmbər (s) və Məsum İmamlar (ə) bu surəni hər gün oxumağı tövsiyə etmişdilər. Çünki bu surəni oxumaq insanı bir çox müsibətlərdən xilas edər və çətinliklərinin həll olmasına kömək olar. Əlbəttə bu surəni oxuyan insanın İslam dininə əqidəsi olmalıdır, imanı olmalıdır və dini etiqada malik olmalıdır.

Həzrət Peyğəmbər (s) bu surənin oxunması barəsində buyurur ki, bu surəni 1 dəfə oxumaq – Günəş və Ay qədər sədəqə verməyə bərabərdir.

Hədislərdən belə nəticəyə gəlmək olur ki, hər kim bu surəni oxuyarsa, insanların arasında izzətə malik olar. Hər kim bu surəni oxuyarsa, tənəffüs yollarında yaranan çətinliklərdən xilas olar. Ruzisi az olan insanlara yardım edər.

Bu surəni stəkanın içində olan suya oxuyub, hər səhər içmək olar. Bu surə – hacətə çatmaq və düyünlərin açılması üçün tövsiyə olunan surələrdəndir. “Şəms” surəsini oxumaq hafizəni gücləndirər, ruzini artırar və insanı işində müvəffəq edər.

Əgər hacətinizi yuxuda görmək istəyirsinizsə, yuxudan əvvəl bu surəni 7 dəfə oxuyun.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930