Səfər zamanı bu surəni 3 dəfə oxuyan, salamat şəkildə geri qayıdar
Mьəllif: admin1
Tarix: 26-10-2020, 21:33
Səfər zamanı bu surəni 3 dəfə oxuyan, salamat şəkildə geri qayıdar
“Əla” surəsi Müqəddəs Quranın 87-ci surəsidir ki, 19 ayəyə malikdir. Məkkədə nazil olmuşdur və “Təkvir” surəsindən sonra nazil olmuşdur.

İmam Sadiq (ə) bu surə barəsində buyurur: “Hər kim “Əla” surəsini vacib və ya müstəhəb namazlarında oxuyarsa, Qiyamət günü ona deyilər ki, behiştin hansı qapısından istəyirsənsə, daxil ol”.

Həzrət İmam Sadiq (ə) başqa yerdə buyurur: “Bizə etiqadı olan davamçılarımızın öhdəsində olan vacib əməllərdən biri odur ki, cümə gecəsində “Cümə” və “Əla” surəsini tilavət etsinlər”.

Həzrət Peyğəmbər (s) “Əla” surəsi barədə buyurur: “Hər kim bu surəni oxuyarsa, Allah İbrahimə (ə), Musaya (ə) və Muhəmmədə (s) nazil etdiyi hərflərin on bərabəri qədər həsənə əta edər”.

Əbu Həmisə İmam Əlidən (ə) nəql edir: “20 gecə dalbadal onun arxasında namaz qıldım və o, ancaq “Əla” surəsini oxuyurdu.

Buyurdu: “Əgər bilsəydiniz ki, bu surədə nələr vardır - hər biriniz gün ərzində bu surəni on dəfələrlə oxuyardınız.

Hər kim bu surəni oxuyarsa ona bənzəyir ki, Musanın (ə) və İbrahimin (ə) səhifəsini oxumuşdur””.

İmam Sadiq (ə) buyurur: “Hər kim səfər zamanı bu surəni 3 dəfə oxuyarsa, salamat şəkildə geri qayıdar”.

İmam Sadiq (ə) buyurur: “Hər kim onu yazar və özü ilə gəzdirərsə, hafizəsi güclənər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930