Hansı hacətimiz üçün hansı Məsuma (ə) təvəssül edək?
Mьəllif: admin1
Tarix: 10-10-2023, 10:20
Hansı hacətimiz üçün hansı Məsuma (ə) təvəssül edək?
Bütün Məsumlar (ə) insanların bütün hacətləri üçün vasitədirlər. Lakin hər birinin müəyyən hacətlər üçün xüsusi məqamı vardır. Bu hacətlər ilə tanış olaq.

Həzrət Peyğəmbərin (s), Həzrət Zəhranın (s.ə), İmam Həsənin (ə) və İmam Hüseynin (ə) Allaha itaət və İlahi rizvana çatmaq hacətinə görə xüsusi məqamları vardır.

Əmirəl-mömininin (ə) düşmənlərdən intiqam almaq hacətinə görə xüsusi məqamı vardır.

İmam Səccadın (ə) şeytan (lən) vəsvəsələrini aradan qaldırmaqla bağlı hacətlərdə xüsusi məqamı vardır.

İmam Baqir (ə) və İmam Sadiqin (ə) axirət mövzularına aid hacətlərdə xüsusi məqamları vardır.

İmam Kazımın (ə) xəstəliklərlə bağlı hacətlərdə xüsusi məqamı vardır.

İmam Rzanın (ə) dəniz, səhra kimi səfərlərdə nicat tapmaq hacətləri ilə bağlı xüsusi məqamı vardır.

İmam Cavadın (ə) ruzinin artması və insanlardan ehtiyacsız olmaq hacətləri ilə bağlı xüsusi məqamı vardır.

İmam Hadinin (ə) itaətin kamil olması, qardaşlara yaxşılıq etmək hacəti ilə bağlı xüsusi məqamı vardır.

İmam Həsən Əsgərinin (ə) axirət mövzuları ilə bağlı xüsusi məqamı vardır.

İmam Zaman ağanın (ə.f) bütün hacətlərlə bağlı xüsusi məqamı vardır.

Allah Təala bizləri Əhli-Beytin (ə) yolunda sabitqədəm qərar versin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930