Günahı təkrarlamamaq üçün nə etmək lazımdır?
Müəllif: Admin
Tarix: 18-10-2020, 10:17
Günahı təkrarlamamaq üçün nə etmək lazımdır?
Müqəddəs Quran buyurur ki, günah – insanı səadətdən saxlayan ən mühüm amildir. Qurani-Kərim buyurur ki, şeytanın (lən) addımlarına tabe olmayın. Çünki şeytanın işi sizi günaha salmaqdır.

Əgər insan şeytanın addımlarına tabe olarsa və həvayi-nəfsinə əsasən yaşayarsa, o zaman bilərəkdən günahlar edər. Artıq o, günahı tərk etməyə qadır olmaz.

Çünki əsirdir və öz iradəsi yoxdur. Ona görə də insanın ilk addım olaraq edə biləcəyi iş budur ki, günahı tanısın və bilərəkdən ona tərəf getməsin.

Nəql olunur ki, bir kişi İmam Hüseynin (ə) xidmətinə gəlir və deyir ki, “Mən günahkar bir insanam və hər nə qədər edirəmsə, günahı tərk edə bilmirəm. Mənə nəsihət verin”.

İmam Hüseyn (ə) buyurur: “Beş işi yerinə yetir və sonra nə qədər istəyirsənsə, günah et:

1. Allahın ruzisindən yemə və hər nə qədər istəyirsənsə, günah et.

2. Allahın hökumət və vilayətindən xaric ol və hər nə qədər istəyirsənsə, günah et.

3. Elə yer tap ki, Allah səni görməsin və hər nə qədər istəyirsənsə, günah et.

4. O zaman ki, Ölüm Mələyi sənin yanına gələr ki, ruhunu qəbz etsin – onu özündən uzaqlaşdır və hər nə qədər istəyirsənsə, günah et.

5. O zaman ki, Malik səni atəşin daxilinə atar, atəşə daxil olma və hər nə qədər istəyirsənsə, günah et”.

Bu deyilənlərə nəzər salan zaman insan başa düşür ki, bu dünyada ancaq Allahın ruzisini yeyər, malik olduğu bütün nemətlər Allahdandır. İstər maddi olsun, istərsə də mənəvi.

Hara getsə, Allahın mülkü olar. Hara getsə, Allah onu görər.

İnsan başa düşər ki, sonu ölümdür və ölümdən qaçmaq olmaz. Əgər cəhənnəmə düşmək istəmirsə, o zaman günahdan uzaq olmalıdır.

Çünki, axirət insanın dünyada əkdiyi meyvələrin səmərəsini verər. İnsan ya cənnət əhlindən olar, ya da cəhənnəm əhlindən.

Bəs nə edək ki, günah etməyək?

- Pis dostlarla əlaqəni kəsmək.

- Mənəvi və saleh dostlara malik olmaq.

- Alimlərin əxlaq dərslərindən istifadə etmək və onları ziyarət etmək.

- Müqəddəs məkanları ziyarət etmək.

- Hər gün Quranı təfəkkür ilə oxumaq.

- Günah edən zaman tez tövbə etmək.

- Özünü islah etmək.

Allah Təala bizləri günahdan uzaq etsin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031