İmam Rza (ə): ‘Allaha itaət etsən, (bil ki,) biz Əhli-beytdənsən.’
Müəllif: Admin
Tarix: 17-10-2020, 10:49
İmam Rza (ə): ‘Allaha itaət etsən, (bil ki,) biz Əhli-beytdənsən.’
Həsən ibn Musa Vəşşa Bağdadi belə nəql edir:

كُنتُ بِخُراسانَ مَعَ عَلِيِّ بنِ موسَى الرِّضا (ع) في مَجلِسِهِ، وزَيدُ بنُ موسى حاضِرٌ قَد أقبَلَ عَلى جَماعَةٍ فِي المَجلِسِ يَفتَخِرُ عَلَيهِم ويَقولُ: نَحنُ ونَحنُ، وأبُو الحَسَنِ (ع) مُقبِلٌ عَلى قَومٍ يُحَدِّثُهُم، فَسَمِعَ مَقالَةَ زَيدٍ فَالتَفَتَ إلَيهِ فَقالَ: يا زَيدُ، أغَرَّكَ قَولُ بَقّالِي الكوفَةِ: إنَّ فاطِمَةَ أحصَنَت فَرجَها فَحَرَّمَ اللّهُ ذُرِّيَّتَها عَلَى النّارِ؟! وَاللّهِ، ما ذلِكَ إلاّ لِلحَسَنِ وَالحُسَينِ ووُلدِ بَطنِها خاصَّةً، فَأَمّا أن يَكونَ موسَى بنَ جَعفَرٍ (ع) يُطيعُ اللّهَ ويَصومُ نَهارَهُ ويَقومُ لَيلَهُ وتَعصيهِ أنتَ، ثُمَّ تَجيئانِ يَومَ القِيامَةِ سَواءً؟! لَأنتَ أعَزُّ عَلَى اللّهِ عَزَّوجَلَّ مِنهُ! إنَّ عَلِيَّ بنَ الحُسَينِ (ع) كانَ يَقولُ: لِمُحسِنِنا كِفلانِ مِنَ الأَجرِ ولِمُسيئِنا ضِعفانِ مِنَ العَذابِ.

وقالَ الحَسَنُ الوَشّاءُ: ثُمَّ التَفَتَ إلَيَّ فَقالَ: يا حَسَنُ، كَيفَ تَقرَؤون هذِهِ الآيَةَ: «قالَ يا نوحُ إِنَّهُ لَيسَ مِن أهلِكَ إنَّهُ عَمَلٌ غَيرُ صالِحٍ»؟ فَقُلتُ: مِنَ النّاسِ مَن يَقرَأُ: «إنَّهُ عَمَلٌ غَيرُ صالِحٍ» ومِنهُم مَن يَقرَأُ «إنَّهُ عَمَلُ غَيرِ صالِحٍ»، فَمَن قَرَأَ: «إنَّهُ عَمَلُ غَيرِ صالِحٍ» نَفاهُ عَن أبيهِ، فَقالَ (ع): كَلاّ، لَقَد كانَ ابنَهُ ولكِن لَمّا عَصَى اللّهَ عَزَّوجَلَّ نَفاهُ اللّهُ عَن أبيهِ، كَذا مَن كانَ مِنّا لَم يُطِعِ اللّهَ عَزَّوجَلَّ فَلَيسَ مِنّا، وأنتَ إذا أطَعتَ اللّهَ فَأَنتَ مِنّا أهلَ البَيتِ.


“(Bir dəfə) mən Xorasanda Həzrət Əli ibn Musa Rza (ə) ilə bir məclisdə ikən, (Həzrətin qardaşı) Zeyd ibn Musa ətrafındakılara üzünü tutub, öyünərək “Biz belə-eləyik!” – deməyə başladı.

Bu zaman İmam Rza (ə) Zeydin sözlərini eşidən kimi üzünü ona tutub buyurdu: “Ey Zeyd, səni Kufədəki göy-göyərti satanların “Fatimənin iffət və həyasına görə Allah Cəhənnəmi onun nəslinə (övladlarına) haram edib!” – sözlərimi çaşdırıb?

Allaha and olsun, bu, yalnız Həsən, Hüseyn və onun (Fatimənin) bətnindən dünyaya gələn övlada məxsusdur. Amma atan Musa ibn Cəfər Allaha itaət etdiyi, gündüzləri oruc tutduğu, gecələri ibadətlə keçirdiyi halda, sən Ona qarşı çıxıb, günah edərək Qiyamət günü eyni dərəcədə olacağınımı güman edirsən?!

Onda sən Allah-Taalanın dərgahında ondan əzizsən! Əli ibn Hüseyn (İmam Zeynəlabidin) (ə) buyurmuşdur: “Bizim yaxşılarımızın iki mükafatı, pislərimizin də ikiqat əzabı vardır.””

Sonra Həzrət üzünü mənə tutub buyurdu: “Ey Həsən, bu ayəni – “Qalə ya Nuhu innəhu ləysə min əhlikə, innəhu əməlun ğəyru salih!” (Dedi: “Ey Nuh, o, sənin ailəndən deyil, çünki o, (başdan-başa) nalayiq əməldir!) necə oxuyursunuz?”

Dedim: “Bəziləri onu “innəhu əməlun ğəyru salihin” (sifət kimi), bəziləri isə “innəhu əməlu ğəyri salihin” (izafətlə) oxuyurlar. “İnnəhu əməlu ğəyri salihin” (izafətlə) oxuyanlar onu Nuhun oğlu olduğunu inkar edirlər.”

Həzrət buyurdu: “Xeyr! O, Nuhun oğlu idi, lakin Allah-Taalaya əks çıxdığı üçün Nuha mənsub olmadığını dedi. Eləcə də, biz Əhli-beytdən Allaha itaətsizlik edən bizdən deyil və sən də əgər Allaha itaət etsən, (bil ki,) biz Əhli-beytdənsən.” (“Məanil-əxbar”, səh.106, hədis 1.)


Maide.az
Oxşar xəbərlər
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031