İnsan ixlası necə əldə edə bilər?
![]() Bəs insan əməldə ixlası necə əldə edə bilər? 1. Allahdan qeyrisindən tamahı çəkmək. İmam Baqir (ə) buyurur: “Bəndə həqiqi pərəstiş edən olmaz, məgər o halda ki, bütün məxluqlardan qırılar və Ona qovuşar. O zaman Allah buyurar: “Bu xalis əməl Mənim üçündür və kərəminə görə onu qəbul edirəm””. 2. Elmi və yəqini artırmaq. İmam Əli (ə) buyurur: “Əməldə ixlas – elmin səmərəsi və meyvəsidir”. Həzrət Əli (ə) buyurur: “Əməldə ixlas – yəqinin qüvvətli olmasına görədir”. 3. Arzuları azaltmaq. İmam Əli (ə) buyurur: “Arzuları azalt ki, əməlin xalis olacaqdır”. 4. Günahdan və həvayi-nəfsdən uzaq olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Haram işlərdən uzaq olmaq – ixlasın kamalıdır”. /Deyerler.org/ Oxşar xəbərlər
|
|