Necə edək ki, gecə namazını qıla bilək?
Mьəllif: admin1
Tarix: 29-09-2020, 11:54
Necə edək ki, gecə namazını qıla bilək?
Gecə namazı insanı kamala çatdıran amil olduğu üçün, Məsumlarımız (ə) onu yerinə yetirməyi tövsiyə etmişdilər.

Çünki gecə namazı – insana həm dünyada və həm də axirətdə yardım edən güclü vasitədir.

Necə edək ki, gecə namazı qılmaq tövfiqi bizə də nəsib olsun?

1. Gecə namazının fəzilətini tanımaq. Həzrət Peyğəmbər (s) buyurur: “Cəbrayil (ə) davamlı olaraq mənə gecə oyaq qalmağı tövsiyə edərdi, o yerə qədər ki, güman edirdim mənim ümmətimin ən yaxşı insanları gecələri heç yatmayacaqlar”.

İmam Sadiq (ə) buyurur: “Gecə oyaq qalmağı tərk etməyin”.

2. Gecə namazından məhrum olmağın amillərini tanımaq. Bir nəfər İmam Əliyə (ə) sual verir ki, mən gecə namazından məhrum olmuşam.

Əziz İmam (ə) ona cavab verir ki, sən elə insansan ki, günahların sənin qarşında bənd çəkmişdir.

İmam Sadiq (ə) buyurur: “İnsan yalan danışar və ona görə gecə namazından məhrum olar”.

3. Gecə namazına yardım edən amilləri tanımaq.

a) Məsum İmamlara (ə) təvəssül etmək.

b) Niyyəti xalis etmək.

c) İfrat və təfritdən çəkinmək.

ç) Yatan zaman tövsiyə olunan duaları oxumaq.

d) Yatan zaman dəstəmazlı olmaq.

e) Üzü qibləyə yatmaq.

ə) Qarnı üstə yatmamaq.

f) Gündəlik əməlləri hesaba çəkmək.

g) Quran ayələrini oxumaq, xüsusilə də “Kəhf” surəsinin son ayələrini.

ğ) Qarnı dolu halda yatmamaq.

h) Çox isti və çox soyuq olan yerlərdə yatmamaq.

x) Gecə namazını yatmazdan əvvəl qılmaq.

ı) Gecə namazını qəza edibdirsə, onu yerinə yetirmək.

Allah Təala hər birimizə bu gözəl əməli nəsib etsin!




/Deyerler.org/

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031