Möminin sözü – zikrdir, sükutu…
Mьəllif: admin1
Tarix: 25-09-2020, 20:18
Möminin sözü – zikrdir, sükutu…
“Ali-Davud” hikmətində oxuyuruq: “Aqilə lazımdır ki, dilinin nəzarətçisi olsun. Diqqəti vəzifəsini yerinə yetirməkdə olsun.

Hər kim ölümü çoxlu yada salar, dünyanın azına qane olar. Dünyanın çətin işləri və hadisələri onun üçün asan olar. Hər kim dediyi sözləri sayar, danışığı az olar.

Bil ki, sənin ən yaxşı halın o zamandır ki, dilini qeybətdən, söz gəzdirməkdən, yersiz söz danışmaqdan saxlayasan və əvəzində dilini Sübhan Allahı zikr etməyə vadar edəsən.

Həqiqətən, ömür ticarət üçün böyük sərmayədir. Ona görə də nə zaman Allahı zikr etməyi tərk edərsən, yersiz söz danışarsan, o kəs kimi olarsan ki, dürr götürmək yerinə daş götürər.

Ölüm mələyi ruhunu qəbz etmək üçün gələn zaman, ayıq ol. Əgər ondan möhlət istəsən, bir saat, hətta bir dəqiqə belə, “La ilahə illəllah” demək üçün möhlət verməz. Əgər bütün dünyaya malik olsan və ona bağışlasan belə.

O qədər olub ki, insan ömrünün əziz saatlarını yersiz yerə sərf etmişdir. Bunun özü – zərərin bir növüdür. Həqiqətən mömin o kəsdir ki, sözü – ancaq Allah zikri olar, sükutu – təfəkkür və nəzər salması – ibrət üzərindən olar”.


/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930