Rəhbərin şəfaəti və bağışlanma şəfaəti. Doğru olan və səhv şəfaət – Ustad Şəhid Mütəhhərinin nəzəri
Mьəllif: admin1
Tarix: 25-09-2020, 20:07
Rəhbərin şəfaəti və bağışlanma şəfaəti. Doğru olan və səhv şəfaət – Ustad Şəhid Mütəhhərinin nəzəri
Şəhid Mütəhhəri buyurur: “Şəfaətin bir neçə dəstəsi vardır ki, onların bəziləri yanlış və zalımcasınadır, bəziləri isə doğru və adilcəsinədir. Allah dərgahında məhz belə şəfaət mövcud olacaqdır.

Doğru olmayan və uydurulan şəfaət odur ki, günahkar hansısa vasitənin yardımı ilə günahından xilas olacaq və şəfaət tapacaqdır.

Ancaq doğru və düzgün şəfaət nizama və qanuna tabedir.

Doğru şəfaət iki cürdür:

1. Rəhbərin şəfaəti və ya əməl şəfaəti.

2. Bağışlanma şəfaəti və ya fəzl şəfaəti.

Rəhbərin şəfaəti – o şəfaətdir ki, əzabdan xilas olmağa və hətta dərəcənin qalxmasına şamil edilər.

Bağışlanma şəfaəti – o şəfaətdir ki, insanı böyük savablara çatdıracaqdır, ancaq dərəcəsini qaldırmayacaqdır.

Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “Mən şəfaətimi ümmətimin kəbirə günah etmiş günahkarları üçün saxlamışam. Ancaq yaxşı əməl sahibləri cəzalanmayacaqlar”.

Həzrət Peyğəmbərin (s) şəfaətçi olması ilə bağlı şübhə yoxdur. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq ki, heç bir peyğəmbər (ə) şəfaət etməz, məgər o halda ki, Allahdan icazə alarlar.

Ancaq Allah Təala Həzrət Peyğəmbərə (s) Qiyamətdən əvvəl şəfaət icazəsini vermişdir. Birinci o Həzrət (s) şəfaət edəcəkdir, sonra 12 İmam (ə) və sonra qalan peyğəmbərlər (ə).

Beləliklə deyə bilərik ki, Qiyamət günü iki cür şəfaət mövcud olacaqdır. Onlardan biri rəhbər şəfaətidir, biri isə bağışlanma şəfaətidir.

Hər iki şəfaət insanı xilas edər və əbədi behiştə çatdırar. Ancaq rəhbər şəfaəti kimə şamil olarsa, onun dərəcəsi də artar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930