Hacətimizin yerinə yetməsi, ruzimizin artması üçün nə edək?
Mьəllif: admin1
Tarix: 24-09-2020, 12:30
Hacətimizin yerinə yetməsi, ruzimizin artması üçün nə edək?
Məsumlardan (ə) bizə bəzi zikrlər gəlib çatmışdır ki, hacətimizin yerinə yetməsinə yardım edir. Ancaq bunun üçün bəzi amillərin olması zəruridir. O cümlədən: qəlb paklığı, niyyətin xalis olması, haram maldan çəkinmək, iman, saleh əməl...

Zikrin təsir qoyması üçün onun sayına və şəraitinə diqqət etmək lazımdır.

Ruzinin artması ilə bağlı İmam Sadiqin (ə) tövsiyə etdiyi zikr belədir:

اللهم ارزقنی من فضلک الواسع الحلال الطیب رزقاً واسعاً حلالاً طیبا
بلاغاً للدنیا و الاخره صبّاً صبّاً هنیئاً مرئیاً من غیر کدٍّ و لا من
احدٍ من خلقک الا سعه من فضلک الواسع فانک قلت: و اسئلوا الله من فضله
فمن فضلک أسئلُ و من عطیتک اسئل من یدک الملا اسئل.


Əlbəttə, bu nöqtəni qeyd etməliyik ki, insan ruzi qazanmaq üçün səy göstərməlidir. Təkcə dua və zikr vasitəsilə ruzi qazanmaq olmaz.

Ruzinin artması üçün insanın səy göstərməsi vacibdir. İmam Baqir (ə) buyurur: “Mən düşmən bilirəm o kəsi ki, ağzını açar və deyər ki, Allahım mənim ruzimi ver, halbuki ruzi əldə etmək ardınca getməz”.

Məsumlarımız (ə) hafizənin güclənməsi üçün tövsiyə edirlər ki, misvak edək, oruc tutaq, Quran oxuyaq, sübh namazından sonra bu zikri oxuyaq:

یا حی یا قیوم فلا یفوتُ شیئاً علمُه و لا یؤُدُه


İblisin (lən) şərindən uzaq olmaq üçün bu zikr tövsiyə olunur:

لا حول و لا قوه الا بالله العلی العظیم

(" Lə həulə və lə quvvətə illə billəhil-aliyyil-azim")

İnsanların sevgisini əldə etmək üçün tövsiyə olunur ki, səxavətli olaq. Dindarlıq, təvazö və səxavət insanların sevgisinə səbəb olar.

Həmçinin gülərüz olmaq, insanlarla mehriban olmaq – sevgini cəlb edən sifətlərdəndir.

Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və deyir ki, mənə elə bir şey öyrədin ki, Allah və yer əhli məni sevsinlər.

Həzrət (s) buyurur: “O şey ki, Allahın yanındadır – ona rəğbət göstər ki, Allah səni sevsin. O şey ki, insanların əlindədir – ondan qəlbini çək ki, insanlar səni sevə bilsinlər”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930