Əmr-be-məruf və nəhy-əz-münkərin mərhələləri necə olmalıdır?
Müəllif: admin1
Tarix: 22-09-2020, 10:08
Əmr-be-məruf və nəhy-əz-münkərin mərhələləri necə olmalıdır?
Din alimlərinin nəzərinə görə, əmr be-məruf və nəhy-əz-münkərin dörd mərhələsi vardır ki, Məsumların (ə) sünnəsində müşahidə edilmişdir.

1. Narazılığın və qəzəbin dilə gətirilməsi. Bəzən bir insanın münkərdən uzaq durması üçün ona təzyiq olunmalıdır ki, özünü islah edə bilsin. Bu zaman həmin pis əməlinə görə qəzəblənmək yaxşı nəticələr verir.

2. Dildə əmr və nəhy etmək.
O kəs ki, bir pis iş tutar – onu bir və ya iki nəfər və bəzən də çox insan yaxşılığa dəvət edər və pislikdən çəkindirərlər.

Bu işi danışaraq dildə həll etməyə çalışarlar.

3. Əməldə çəkindirmək. İnsanı münkərdən uzaqlaşdırmaq üçün ona əməli təsirlər göstərmək lazımdır ki, bu ya iqtisadi yolla olar, ya da fikri yolla olar.

4. Rabitəni kəsmək. Bu əməl ruhi cəhətdən çox təsirə malikdir. İslam dininin əvvəllərində insanlar vardı ki, müsəlmanlar Peyğəmbərin (s) əmri ilə onlarla rabitəni kəsmişdilər. Nəticədə həmin şəxslər islah olmuşdular.

Bu mərhələlərdən əlavə, bəzi əməllər vardır ki, onlarla da insanı islah etmək mümkündür.

1. Danışıq tərzi. O kəs ki, münkər edər, pis iş görər – onu bu işindən çəkindirmək üçün çalışmaq lazımdır ki, ilk əvvəl onunla mülayim danışasan və etdiyi xatadan xəbərdar edəsən. Musa (ə) Fironla danışmağa gedən zaman Allah ona əmr edir ki, onunla mülayim danışsın.

2. Etimadı cəlb etmək. İnsanın etimadını qazanmaq, ona təsir etməkdə mühüm rola malikdir. Əgər münkər edən insanın etimadını cəlb edə bilsəniz, o, sizin sözlərinizə qulaq asacaq və əməl edəcəkdir.

İmam Əli (ə) buyurur: “İnsanların qəlbi vəhşidir, hər kim onların qəlbini cəzb edərsə – ona üz çevirəcəkdir”.

3. Şəxsiyyəti qorumaq. Əgər insan münkər edibdirsə, onun şəxsiyyətini qorumaq üçün ilk əvvəl onunla gizlində danışıb, təzəkkür vermək lazımdır.

4. Əqidəsinə ehtiram qoymaq. İslamın əvvəllərində müsəlmanlar bütpərəstləri məzəmmət edirdilər və ayə nazil oldu ki, onları məzəmmət etməyin, çünki onlar da sizin Allahı məzəmmət edərlər.

5. Tədrici üsul. O kəs ki, münkər edər onu bu işindən bir dəfəyə çəkindirmək qeyri-mümkündür. Ona görə də bu işi tədricən görmək lazımdır.

Hər bir halda əmr-be-məruf və nəhy-əz-münkər dinimizin vacib buyurduğu əməllərdəndir. Hər bir müsəlman bu vacibatı yerinə yetirməyə vəzifələndirilmişdir.

Bu vəzifəni yerinə yetirən zaman onun mərhələlərinə diqqət etmək lazımdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930