İmam Sadiq (ə): Qapının qarşısında oturan mən idim!
Mьəllif: admin1
Tarix: 19-09-2020, 11:03
İmam Sadiq (ə): Qapının qarşısında oturan mən idim!
Bəs nə üçün məclisə daxil olmadınız ki, məclisin başında əyləşəsiniz?

Füzeyl deyir: Məhərrəm ayının ilk günündə İmam Sadiq (ə) mənə buyurdu: “Dünən axşam harada idin?”

Dedim: Dünən bir nəfər dedi ki, mən təzə Ayı gördüm və bu gecə Məhərrəmin ilk gecəsidir. Ona görə də sizin dostlarınızdan olan bir nəfər Məhərrəm ayının əvvəli münasibətilə məclis təşkil etdi.

Biz də cəddiniz həzrət İmam Hüseynə (ə) və o həzrətin əhli-beytinə əzadarlıq etmək və ağlamaq üçün o məclisdə iştirak etdik, siz Əhli-Beytə (ə) üz verən müsibətlərə ağladıq.

İmam Sadiq (ə) buyurdu: “Allah sənin ürəyini nurlandırsın, sənə ürək genişliyi mərhəmət etsin. Sənə bu yaxşı əməlinə və Peyğəmbərin (s) əhli-beytinə sevginə görə mükafat versin”.

Sonra həzrət buyurdu: “Ey Füzeyl! Məclisdən çölə çıxanda bir kəslə qarşılaşmadın?”

Dedim: Bəli, sənə fəda olum. Qapının qarşısında oturmuş bir nəfərlə rastlaşdım. İmam (ə) buyurdu: “O şəxsi tanıdın?” Dedim ki, hava qaranlıq olduğu üçün onu tanıya bilmədim.

Həzrət (ə) buyurdu: “Qapının qarşısında oturan mən özüm idim!”

Dedim: Allahu Əkbər! Bəs nə üçün məclisə daxil olmadınız ki, məclisin başında əyləşəsiniz? And olsun Allaha, matəm sahibi sizsiniz və bizə vacibdir ki, sizə başsağlığı verək.

İmam Sadiq (ə) buyurdu: “Mən məclisə daxil olmaq istəyirdim, amma gördüm ki, cəddim Peyğəmbər (s), Əmirəlmöminin (ə), Fatimə (s.ə) məclisin başındadırlar və Əba Əbdillah Hüseynə (ə) ağlayır, növhə və əzadarlıq edirlər”.

Qaynaqlar:
“Səmərətul-əvad”, c. 1, səh. 16.
“Əynəl-bukaiun”, səh. 14.
“Məsariul-əbərə”, c. 1, səh. 17.
“Ehramu Məhərrəm”, səh. 50.

Hazırladı: Seyid Zahir
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930