Bu amillərə diqqət edən insan, insanların sevimlisi olmağa müvəffəq olar
Mьəllif: admin1
Tarix: 17-09-2020, 21:18
Bu amillərə diqqət edən insan, insanların sevimlisi olmağa müvəffəq olar
Müqəddəs Quranın nəzərinə görə, bəzi amillər vardır ki, insanın xoş əxlaqlı olmasına səbəb olar. Bu amillər ilə tanış olaq:

1. Allaha və Qiyamətə inanmaq. Əgər insan bilsə ki, həyatında elə bir gün olacaqdır ki, həmin günü kiçik və böyük xatalarına görə cavab verməli olacaqdır – özünə icazə verməz ki, İlahi çərçivələrdən kənara çıxsın.

“Beləliklə günahkarları onda olandan qorxan görərsən. Və onlar deyərlər: «Vay olsun bizə! Bu necə yazıdır ki, heç bir kiçik və böyüyü (bizim zehnimizdən keçirdiklərimizin, qəlbi inanclarımızın və bədənimizin hərəkətlərinin heç birini) yerdə qoymadan, istisnasız hamısını saymışdır!».

Onlar (dünyada) etdiklərini (əməllərinin hesabını, əməl zamanı çəkilmiş şəklini, axirət cəzasını, həmin əməllərin öz cisim və ruhlarına təsirlərini və onların həmin aləmdəki təcəssümünü) hazır görəcəklər”. (“Kəhf” 49).

2. Fəzilətə meyil etmək. Xoş əxlaqa malik olan insanlar həmişə əxlaqi fəzilətlər ardınca olmuş və çalışmışdılar ki, rəzil sifətlərdən uzaq olsunlar.

“Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur”. (“Fussilət” 34).

3. İctimai həyatda ürfə riayət etmək. İnsanın xoş əxlaqlı olmasına səbəb olan amillərdən biri də ürfə riayət etməsidir. Ürfə riayət edən insan çalışır ki, əməlində, rəftarında mülayim olsun, kobudluqdan uzaq olsun, əfv və güzəşt etsin, bəxşiş və infaq əhli olsun və işlərində insanlarla məsləhət etsin.

“Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar”. (“Ali-İmran” 159).

4. Səbir və hövsələ. İnsanın xoş əxlaqlı olmasına səbəb olan amillərdən biri də səbir və hövsələdir. “Bu (pisliyə yaxşılıqla cavab vermək xisləti), yalnız səbir edənlərə təlqin və əta edilər və ancaq (insanlıq kamalında) böyük payı olana verilər”. (“Fussilət” 35).

5. İlahi rəhmət. Allahın xüsusi rəhmətinə şamil olan insanlar – xoş əxlaqa malik olan insanlardır. Allahın xüsusi lütfü bu insanları əhatə edər və onları Allaha yaxınlaşdıran sifətlərə boyayar.

İmam Əli (ə) buyurur: “Allah gözəl əxlaqı, Özü ilə bəndələri arasında qovuşmaq vasitəsi qərar verər. Ona görə də sizlərdən hər birinizə lazımdır ki, gözəl əxlaqa çəng vursunlar. Çünki möminin əməl dəftərinin ünvanı – onun gözəl əxlaqıdır”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031