Adi insanlar ismət məqamına çata bilərmi?
Mьəllif: admin1
Tarix: 10-09-2020, 22:14
Adi insanlar ismət məqamına çata bilərmi?
İsmət nədir və adi insanlar bu məqama çata bilərmi?

İsmət haqqında bəzi nöqtələr vardır ki, onlara diqqət etmək lazımdır.

1. İsmət – insan kamalının ən üstün zirvəsidir və bu insanın elmi, bəndəlikdə ixlası, saleh əməlləri kamil şəkildə olmalıdır.

2. İsmət də başqa kamallar kimi Allahın bütün adlarını əhatə edir. Bu adlar məxluqlarında təcəlli edir. Bu təcəlli hər bir fərddə müxtəlifdir.

Ona görə də bəzi İlahi peyğəmbərlərin (ə) kamalı bəzilərindən üstün olmuşdur.

3. İsmət – mərifət və tanımanın ən üstün mərhələsidir. İnsanın bəsirət əhli olmasına gətirib çıxardar.

4. Məsum olmaq o demək deyildir ki, insanın heç bir ixtiyarı yoxdur və bu mövzu – cəbridir. Xeyr. Allah Məsum insana da ixtiyar vermişdir.

5. İsmət səbəb olar ki, insan günahdan uzaq olsun. Başqa tərəfdən insanı hər cür xata və bürmədən saxlayar.

6. Günahdan məsum olmaq – hamı üçün mümkünlüdür. Allah Təala hamıya əmr etmişdir ki, özlərini günahdan saxlasınlar.

Təbiidir ki, Allah insana ancaq gücü çatan şeyləri əmr edər. Ona görə də hər kəs günahdan məsum ola bilər.

Beləliklə deyə bilərik ki, Allah ismət qapısını hamının üzünə açıq qoymuşdur. Hər bir insan öz nəfsi üzərində işləyib, ibadət və itaətdə ixlasa nail olub, bu məqama çata bilər.

Necə ki, Əbülfəzl-Abbas (ə) və Həzrət Zeynəb (s.ə) bu məqama çatmışdılar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930