Ölənlərimiz üçün göndərdiyimiz 1 salavatın dəyəri
Mьəllif: admin1
Tarix: 10-09-2020, 08:39
Ölənlərimiz üçün göndərdiyimiz 1 salavatın dəyəri
Bu dünyada hər bir insanın bir və ya daha çox əzizi dünyasını dəyişmiş və qəbirlərdə yatmaqdadırlar. İnsan gərək ölən əzizlərini unutmasın. Daima onlar üçün saleh əməlləri hədiyyə etsin.

Onları ziyarət edib, sevindirsin. Təkcə ona görə yox ki, belə bir gün hamımız gözləyir. Ona görə ki, bunda Uca Allahın razılığı var.

Hal-hazırda ölənlərin bütün ümidləri ancaq bizədir. Çünki əməl dəftərləri bağlıdır. Onlar ancaq bizim göndərdiyimz hədiyyələr sayəsində rahatlıq tapa bilərlər.

Ona görə də onları unutmayaq və bacardığımız qədər saleh əməllərimizdə onları da şərik qoşaq.

Əllamə Təbatəbai buyurur: “Bir salavat bərzəx aləmində ölülər üçün elə bir nura çevrilər ki, onlara həmin aləmin çətinliklərindən nicat verər. Ona görə də bacardığınız qədər ölüləriniz üçün salavat göndərin ki, intizar çəkirlər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Qəbirlərdə yatan ölülərinizi yaddan çıxartmayın. Onlar sizə ehsan ümidi bəsləyirlər. Sizin ölüləriniz həbsdədirlər və sizin yaxşı işlərinizə rəğbət bəsləyirlər. Onların iş görmək qüdrətləri yoxdur. Siz sədəqə və duanızı onlara hədiyyə edin”.

Allah dünyasını dəyişənlərimizə rəhmət eləsin! Onları unutmayaq, gözləri bizdədir…



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930