Səsi batan xətibin Həzrət Rüqəyyəyə (s.ə) təvəssülü
Müəllif: admin1
Tarix: 10-09-2020, 08:38
Səsi batan xətibin Həzrət Rüqəyyəyə (s.ə) təvəssülü
Hacı Şeyx Abbas Quminin oğlu mərhum Hacı Mirzə Əli Muhəddiszadə məşhur xətiblərdən idi. O, nəql edir: “Bir il səsim tutuldu və iş o yerə gəlib çatdı ki, minbər başına gedə bilmədim.

Mən də başqa insanlar kimi həkimə müraciət etdim. Həkimin verdiyi dioqnoza görə, mənim xəstəliyim şiddətli idi və səs tellərimin bəzisi iflic olduğu üçün işdən düşmüşdür və mən danışa bilmirdim. Bu xəstəliyi əlacsız hesab etdilər.

Həkim dedi ki, gərək istirahət edim və minbər başına getməyim, hətta heç kimlə danışmayım. Əgər kimdənsə bir şey istəsəm – onu yazım, danışmayım. Bəlkə bu cür xəstəliyimin şiddəti azala bilər.

Aydındır ki, bu halda olan bir insan nə qədər narahat və qəmgin olar.

Dünyadan əlini üzər və üzünü Allahın lütfünə çevirər. Allahdan şəfa tapmasını istəyər.

Mən də İmam Hüseynə (ə) təvəssül etməkdən başqa çarə görmədim. Bir gün zöhr namazından sonra təvəssül halı əldə etdim və o qədər ağlayıb sızladım və İmam Hüseynə (ə) təvəssül edib dedim ki, bu xəstəlik mənim üçün ağırdır və hər nə qədər səbir etsəm ki, mənim üçün taqət gətirici deyildir.

Bundan başqa, mən minbər əhlindənəm və insanlar gözləyir ki, onlar üçün xütbə oxuyum.

Ağacan, Allahdan mənim üçün şəfa dilə. Qarşıdan Ramazan ayı gəlir və məni bir çox yerə dəvət edəcəklər. Bu halımla mən nə edəcəyəm?

Bu halda məni yuxu apardı və özümü böyük bir otaqda gördüm ki, bir tərəfi işıqlıdır, bir tərəfi qaranlıq. Otağın işıqlı tərəfində İmam Hüseyni (ə) gördüm ki, əyləşmişdir və mən çox sevindim və xoşbəxt oldum.

Oyaq vaxtı olduğum təvəssül halı, yuxuda da mənə hakim oldu. Mən İmamdan (ə) hacətimi istədim və vurğuladım ki, qarşıdan Ramazan ayı gəlir və mənim xütbə deməyim lazımlıdır.

Ağa gördü ki, mən çox ağlayıb-sızlayıram, mənə qapını göstərdi ki, orada bir ağa vardır, ona denən ki, göz yaşı töksün. İnşəallah ki, yaxşı olarsan.

Mən otağın qapısına nəzər saldım və gördüm ki, bacımın həyat yoldaşı böyük alim olan Mustafa Təbatəbai Qumi qapıda əyləşmişdir. Mən ağanın sözlərini ona çatdırdım və o, rövzə oxumaq istəmədi.

Ağa buyurdu ki, qızım haqqında rövzə oxu. O da Həzrət Ruqəyyə (s.ə) haqqında rövzə oxudu. Mən ağlamağa başladım. Lakin uşaqlarım məni yuxudan oyatdılar və mən həmin məclisdən məhrum olduğum üçün çox narahat oldum.

Həmin günü yenə həkimə müraciət etdim və o, çox təəccüblü halda dedi ki, nə yemisiniz ki, belə tez sağalmısınız?

Mən həkimə yuxumu danışdım və o, İmam Hüseyn (ə) üçün göz yaşı tökdü və dedi ki, sizin şəfanız – qeybi bir şəfadır”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930