Niyə bəzən insanın həyatda yolları bağlanır?
Mьəllif: admin1
Tarix: 6-09-2020, 11:51
Niyə bəzən insanın həyatda yolları bağlanır?
Bəzən insanın həyatdakı yolları bağlanar və bu zaman çıxış yolunu tapa bilməz. Bunun səbəbini də bilməz.

Mərhum Dulabi bu haqda bizə belə tövsiyə verir: “Nə zaman həyatında çətinlik üz versə, yollar bağlanar – bil ki, bunu Allah etmişdir. Tez gedib, Onunla xəlvət et və de ki, “Mənimlə bağlı nə mövzu vardır ki, yolumu bağlamısan?”.

Allah istəyir ki, sənə çətinliklər yaratmaq yolu ilə səni ayıltsın ki, Onun hüzuruna gedəsən. Onunla söhbət edəsən”.

Bəli, insan bəzən özü də dərk etmədən qəflətə düşür və Allahı unudur.

Uca Allah bəndəsini o qədər sevir ki, ona çətinliklər yaradaraq, hüzuruna çağırır. Onun səsini eşitmək istəyir. Onun dualarını eşitmək istəyir.

Əgər bəndə belə bir halda qəflətdən çıxarsa və Allahın sorağına gedərsə – Allah ona kifayət edər. Onun bütün çətinlikləri aradan qalxar. Hər kim Allahı yada salar – Allah da onu yada salar.

Ancaq bəzən Allah onu yada salmayanların sorağına gedər və onları Öz hüzuruna çağırar. Bu, Allahın kərəm sahibi olmasına görədir.

Allah bizləri hətta anamızdan da belə çox sevir. İstəmir ki, yolumuzu azaq. İstəmir ki, qəflətə düşək və Onu unudaq.

“(İmansız və ya imanı zəif olan) insana (suda boğulmaq və ölümə səbəb olan xəstəlik kimi) bir zərər-ziyan toxunan zaman o, (məcbur şəkildə) öz Rəbbinə tərəf qayıdan halda Onu çağırar.

Sonra, Öz tərəfindən ona (həmin çətinlikdən nicat və sairə kimi) bir nemət əta edən zaman, keçmişdə, səbəbindən Allahı çağırdığı şeyi unudar və (yenidən insanları) Allahın yolundan azdırmaq üçün Ona (bütlərdən və sairədən) şəriklər qoşar. De: «Bir müddət öz küfründən bəhrələn ki, mütləq od əhlindən olacaqsan»”. (“Zumər” 8).



/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930