Həmin yerin adı Kərbəladır
Mьəllif: admin1
Tarix: 10-08-2022, 20:46
Həmin yerin adı Kərbəladır
Ənəs ibn Malik belə nəql edir:

إنَّ مَلَكَ المَطَرِ استَأذَنَ رَبَّهُ أن يَأتِيَ النَّبِيَّ (ص) فَأَذِنَ لَهُ، فَقالَ لاُمِّ سَلَمَةَ: اِملِكي عَلَينَا البابَ لا يَدخُل عَلَينا أحَدٌ. قالَ: وجاءَ الحُسَينُ لِيَدخُلَ فَمَنَعَتهُ، فَوَثَبَ فَدَخَلَ، فَجَعَلَ يَقعُدُ عَلى ظَهرِ النَّبِيِّ| وعَلى مَنكِبِهِ وعَلى عاتِقِهِ، فَقالَ المَلَكُ لِلنَّبِيِّ (ص): أتُحِبُّهُ؟ قالَ: نَعَم، قالَ: أما إنَّ اُمَّتَكَ سَتَقتُلُهُ، وإن شِئتَ أرَيتُكَ المَكانَ الَّذي يُقتَلُ فيهِ، فَضَرَبَ بِيَدِهِ فَجاءَ بِطينَةٍ حَمراءَ، فَأَخَذَتها اُمُّ سَلَمَةَ فَصَرَّتها فِي خِمارِها. قالَ ثابِتٌ ـ مِن رُواةِ الحَديثِ ـ: بَلَغَنا أنَّها كَربَلاءُ

“Yağış mələyi Allahdan Peyğəmbəri-Əkrəmin (s) yanına enmək üçün icazə istəyərkən ona icazə verildi. Peyğəmbəri-Əkrəm (s) Ümmü-Sələməyə dedi: “Çölə çıx və bir kimsəni yanıma buraxma.”

Bu zaman Hüseyn gəlib, içəri girmək üçün icazə istədi. Ümmü-Sələmə ona mane olsa da, Hüseyn tullanıb içəri girdi və Peyğəmbərin (s) belinə, çiyninə və boynuna mindi.

Mələk, Peyğəmbərə (s) dedi: Onu sevirsənmi? Həzrət buyurdu: Bəli! Mələk dedi: “Amma ümmətin onu öldürəcək! Əgər istəyirsənsə, onun öldürüləcəyi yeri sənə göstərim.”

O, əlini vurub bir miqdar qırmızırəngli torpağı qarşıya qoydu. Ümmü Sələmə də onu öz yaşmağına bükdü.”

Sabit (bu hədisin rəvayətçilərindən biri) deyir: “Sonra bizə məlum oldu ki, həmin yerin adı Kərbəladır.” (“Dəlailun-nubuvvət”, Əbu Nəim, səh.554, hədis 493.)


Maide.az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031