Yersiz sözlərə qarşı nümunəvi rəftar
Mьəllif: admin1
Tarix: 18-08-2020, 09:14
Yersiz sözlərə qarşı nümunəvi rəftar
Bir gün İmam Səccad (ə) evindən çıxırdı, bu zaman bir kişi ilə rastlaşdı. O, İmama (ə) pis sözlər deməyə başladı (nəuzbillah!). İmamın (ə) xidmətçiləri həmin şəxsin üzərinə getdilər ki, onu tənbeh etsinlər.

İmam (ə) buyurdu: “Onu buraxın”.

Özü həmin şəxsin qarşısında dayandı və buyurdu: “Allahın gizlətdiyi eyiblərim ondan daha çoxdur ki, sən onlardan agah deyilsən. Ehtiyac vardırmı ki, onları açıqlayım?”.

Kişi dediyi sözlərdən xəcalət çəkdi. İmam (ə) çiynində olan əbasını onun üzərinə atdı və əmr etdi ki, ona min dirhəm pul versinlər.

Bu hadisədən sonra o kişi davamlı olaraq İmama (ə) deyərdi: “Şəhadət verirəm ki, sən həqiqətən Peyğəmbərin (s) övladısan!”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31