Ruzi insana günün bu saatlarında verilir – qəflət etməyək
Mьəllif: admin1
Tarix: 15-08-2020, 16:35
Ruzi insana günün bu saatlarında verilir – qəflət etməyək
Sübh azanından sonra oyaq qalıb ibadət etməyin bir çox faydaları və yatmağın isə bir çox ziyanları vardır.

İmam Sadiq (ə) bu haqda buyurur: “Sübh yuxusu – qeyri-mübarəkdir. (Bu zaman yatmaq) ruzini geri qaytarar. İnsanın rəngini saraldar. İnsanı çirkin edər və dəyişdirər.

O yuxu hamı üçün namübarəkdir. Həqiqətən, Allah Təala məxluqların ruzisini səhər çağından günəş çıxana qədər paylayar. Ona görə də o zaman yatmaqdan çəkinin”.

İnsan fikir və düşüncə sahibi olduğu üçün, daima bəzi şeylər haqqında düşünər. Onu düşündürən mövzulardan biri də məxluqların ruzisidir. Bu mövzu ilə bağlı insan zehninə çox sayda sual gəlir.

Hüseyn ibni Müslim nəql edir: “İmam Baqirə dedim: “Canım sənə fəda olsun. Onlar (əhli təsənnün) deyir ki, fəcrdən sonra yatmaq məkruhdur. Çünki ruzilər bu zaman paylanar”.

Həzrət (ə) buyurdu: “Ruzilər müəyyən olunmuş və bölünmüşdülər. Allahın fəzlindəndir ki, onu fəcrdən günəş çıxmasına qədər paylayar.

Fəcrdən sonra Allahı zikr etmək – ruzi əldə etmək baxımından səfərə çıxmaqdan və işləyib çalışmaqdan daha təsirlidir””.

İmam Rza (ə) buyurur: “Mələklər insanların ruzisini fəcr ilə günəş çıxması arasında paylayarlar. Hər kim bu zaman yatarsa, öz ruzisindən qəflət etmiş olar”.

Uca Allah bizləri qəflətdə olmaqdan Özü qorusun!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031