İnsanları yaxşılıqlara dəvət edən şəxs bu keyfiyyətlərə malik olmalıdır
Mьəllif: admin1
Tarix: 12-08-2020, 17:51
İnsanları yaxşılıqlara dəvət edən şəxs bu keyfiyyətlərə malik olmalıdır
Əmr-be-məruf və nəhy-əz-munkər – müqəddəs dinimizin vacibatlarındandır ki, hər kəs onu yerinə yetirməyə vəzifələndirilmişdir. Bu əməl o qədər mühümdür ki, Quranın 30 ayəsi onun haqqında nazil olmuşdur.

İmam Əli (ə) bu əməli Allah bəndələrinin ən fəzilətli əməli, şəriətin qanunu, Allah yolunda cihad etməkdən ən üstün əməl kimi tanıtmışdır.

İmam (ə) buyurur: “Əmr-be-məruf – Allah xəlqinin ən fəzilətli əməlidir”.

O kəs ki, əmr-be-məruf və nəhy-əz-munkər edər, gərək halal ilə haramı yaxşı tanısın.

İnsanlara tövsiyə etdiklərindən ilk növbədə özünü də qorusun.

İnsanlara qarşı xeyirxah olsun və onların xeyirini istəsin.

Öz bəyanları ilə insanları haqq yola dəvət etsin.

Səbir, hövsələ ilə onlarla rəftar etsin.

Bu insan şeytanın (lən) məkrini tanımalıdır, gördükləri mövzular müqabilində səbirli olmalıdır. İnsanlardan şikayət etməməli və onlarla kobud rəftar etməməlidir.

Əmr-be-məruf edənin niyyəti mütləq Allah üçün xalis olmalıdır. Allahdan yardım istəməli, Allahın razılığını axtarmalıdır.

O zaman ki, onunla müxaliflik edərlər, səbir etməlidir. Öz işini Allaha tapşırmalı və şükür etməlidir.

Bu əməl – elə əməllərdəndir ki, cəmiyyətdə şəri və ziyanı azaldar və cəmiyyəti islah edər. Fəsadın sayı azalar və insanlar doğru ilə yanlışı ayırmağa başlayar.

Hər kim əmr-be-məruf və nəhy-əz-munkər edər, Allahın vacibatını yerinə yetirmiş olar və bu əməli ilə insanları haqq yoluna dəvət edir, yanlış yoldan uzaqlaşdırar.

Əgər cəmiyyətdə bu əməl yerinə yetirilərsə, cəmiyyət tərəqqi edər və hər cür pisliklərdən uzaq olar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930