Ümid, yoxsa arxayınçılıq? İmanın meyarını necə tapmaq?
Müəllif: Admin
Tarix: 4-08-2020, 22:21
Ümid, yoxsa arxayınçılıq? İmanın meyarını necə tapmaq?
Hədis və Quran ayələrindən belə nəticəyə gəlmək olur ki, həqiqi mömin o kəsdir ki, onda həm xof (İlahi qorxu) olar və həm də rəca (İlahi ümid) olar.

Əgər insanda ancaq rəca olarsa və axirətinin sonundan nigaran olmazsa – bu insanı təkəbbür boğar və zəlil edər.

Əgər əksinə, insandan xof olarsa və rəca olmazsa və Allahın rəhmətindən məyus olarsa – bu insan günah etmiş olar. Hər iki hal bəyənilməzdir və həqiqi mömin o kəsdir ki, onda həm rəca olar, həm də xof olar.

Ümidsizlik – aşkar ölümdür. Allahın məkrindən imanda olmağını düşünmək isə insanı yolundan azdırar. Əgər bu ikisi arasında etidal olarsa, o zaman insan kamal yoluna qədəm basa bilər.

Həqiqət budur ki, insan ancaq əməli ilə səadətə çata bilməz. Əlbəttə ki, əməl əsil meyardır, ancaq kifayət deyildir. Allahın rəhməti olan mövzular əməli təkmil edə bilər.

Əgər İlahi rəhmət heç bir səbəb olmadan insanı əhatə edərsə – məğfirətdir, əgər xüsusi səbəbə görə ona şamil olarsa – şəfaət adlanar.

Şəfaətin mənası təkmil etməkdir. İlahi rəhmət insan əməlini təkmil edər.

Ona görə də dualarımızda Allahdan rəhmət istəyində olaq. Ümid edək ki, Allah xüsusi rəhmətini bizə şamil edəcəkdir. İnşəallah!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930