Ruhul-Qudus necə bir mələkdir?
Müəllif: Admin
Tarix: 2-08-2020, 20:10
Ruhul-Qudus necə bir mələkdir?
Ruhul-Qudusun kim olması ilə bağlı fikirlər müxtəlifdir. Belə ki, mərhum Təbərsinin nəzirinə görə, Ruhul-Qudus – Həzrət Cəbrayildir (ə).

İbni Zeydin nəzərinə görə isə, Ruhul-Qudus – İncildir, necə ki, Quranı da ruh adlandırırlar. İbni Abbasın nəzərinə görə isə ruh o addır ki, Həzrət İsa (ə) onun vasitəsilə ölüləri dirildərdi.

Fəxri Razi buyurur: “Cəbrayili ruh adlandırmaqlarının səbəbləri bunlardır:

1. Ruhul-Qudus müqəddəs ruh olduğu üçün, Cəbrayilin Allah yanında məqamı ucadır və o, ən ali müqəddəs mələk hesab olunur.

2. Din onun vasitəsilə dirçələr, necə ki, bədən ruh vasitəsilə dirilər. Cəbrayil peyğəmbərlərə vəhy çatdıraraq, dini dirçəltmişdir.

3. Bu mələkdə ruhaniyyət qələbə çalır”.

İncili ona görə belə adlandırırlar ki, din onun vasitəsilə dirçəlmişdir.

Cəbrayil nurani havadan xəlq olduğu üçün, İsanın (ə) istifadə etdiyi ruh sözü daha çox ona istinad verilir.

Əllamə Məclisi buyurur: “Ruhul-Qudus – Cəbrayilin başqa bir adıdır. Ruh isə başqa bir mələyin adıdır ki, Qiyamət günü Allah ona buyuracaqdır:

“Ruhun (Cəbrail, yaxud mələklərin başçısı və ya mələk cinsindən olmayan başqa şərafətli bir varlıq) və mələklərin səf-səf duracağı gün Rəhman (olan Allah)ın izn verdiyi kəslərdən başqa heç kəs danışmayacaq, (danışan da) doğru danışacaq”. (“Nəbə” 38).

Ayətullah Misbah buyurur: “Zahirdə belə görünür ki, Ruhul-Qudus – Cəbrayildir. “De: “Bu (Qur’anı) Ruhul-Qudus (Cəbrail, xəta və günah çirkindən pak olan ruh) Rəbbin tərəfindən haqq olaraq (və uca və əqli bir məqsəd üçün) tədricən nazil etmişdir ki, iman gətirənləri sabitqədəm etsin və müsəlmanlar üçün hidayət və müjdə olsun””. (“Nəhl” 102).

Məkarim Şirazi ağa buyurur: “Təfsirçilərin Ruhul-Qudusla bağlı fikirləri müxtəlifdir.

1. Bəziləri deyir ki, o, Cəbrayildir.

2. Bəziləri deyir ki, Ruh – o qeybi qüvvədir ki, İsa (ə) onu təsdiq etmişdir.

3. Bəzilərinin nəzərinə görə isə o, İncildir”.

Beləliklə deyə bilərik ki, Ruhul-Qudus deyildikdə, Cəbrayil nəzərdə tutulur. Ancaq Ruh deyildikdə, Allahın xüsusi qeybi qüvvəsi nəzərdə tutulur ki, İsa (ə) onu təsdiq etmiş və onun adı ilə ölüləri diriltmişdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31