Münafiqləri ifşa edən ayə
Mьəllif: admin1
Tarix: 30-07-2020, 22:58
Münafiqləri ifşa edən ayə
İslamın ilk dövrlərində baş verən hadisələrdən birinin tarixçəsinə diqqət edək.

Abdullah ibni Nəbtəl münafiqlərdən idi. O, tez-tez Həzrət Peyğəmbərin (s) xidmətinə gəlirdi. O Həzrətdən (s) nə eşitsə idi, yəhudilərə çatdırardı.

Bir gün əziz Peyğəmbərimiz (s) öz hücrəsində idi və orada bir neçə səhabə də vardı. Həzrət Peyğəmbər (s) buyurur: “Elə bu saat qapıdan elə bir kişi daxil olacaqdır ki, qəlbi cəbbarların qəlbidir və iki şeytani gözü ilə sizə baxacaqdır”.

Bu zaman Abdullah qapıdan içəri girir və Həzrət Peyğəmbər (s) ona buyurur: “Nə səbəbdən sən və dostların məni təhqir edirsiniz?”.

Abdullah deyir: “Allaha and olsun ki, mən sizi təhqir etməmişəm”.

Dostları da gəlib and içdilər ki, biz də təhqir etməmişik.

Bu zaman Quranın bu ayələri nazil oldu:

“Məgər Allahın qəzəb etdiyi qövmü (yəhudiləri) özlərinə dost tutanları (münafiqləri) görmədinmi?! Onlar nə sizdəndirlər və nə də onlardan.

Onlar bilə-bilə yalandan and içirlər (ki, sizdəndirlər). Allah onlara şiddətli bir əzab hazırlamışdır, çünki onların (dünyada) etdikləri şey olduqca pisdir.

Onlar (xəyanətlərini təmizə çıxarmaq üçün) andlarını bir sipər etmişlər. Beləliklə, (bu vasitə ilə özlərini və camaatı) Allahın yolundan saxlamışlar, onlar üçün alçaldıcı bir əzab vardır.

Malları və övladları Allah(ın əzabın)dan heç bir şeyi (azacıq belə) onlardan uzaqlaşdırmayacaq, onlar od əhlidirlər və orada əbədi qalacaqlar.

Allah onların hamısını dirildəcəyi gün (orada da müsəlmanlıqlarını isbat etmək üçün) Allaha and içəcəklər, necə ki, (dünyada) sizin üçün and içirlər və bununla özlərinin bir şeydə olduqlarını güman edərlər (nifaqlarını möhkəm bir özül bilirlər). Agah ol ki, onlar həmin yalançılardır.

Şeytan onlara hakim olub Allahı yad etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidirlər. Agah ol ki, şeytan firqəsi – həmin ziyankarlardır”. (“Mücadilə” 14-19).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930