İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu
Mьəllif: admin1
Tarix: 30-06-2022, 22:48
İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu
Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə nəql edir:

قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ المَوالِيَ إذا رَكِبتَ أخرَجوكَ مِنَ البابِ الصَّغيرِ، فَإِنَّما ذلِكَ مِن بُخلٍ مِنهُم لِئَلاّ يَنالَ مِنكَ أحَدٌ خَيرًا، وأسأَلُكَ بِحَقّي عَلَيكَ لا يَكُن مَدخَلُكَ ومَخرَجُكَ إلاّ مِنَ البابِ الكَبيرِ، فَإِذا رَكِبتَ فَليَكُن مَعَكَ ذَهَبٌ وفِضَّةٌ، ثُمَّ لا يَسأَلُكَ أحَدٌ إلاّ أعطَيتَهُ، ومَن سَأَلَكَ مِن عُمومَتِكَ أن تَبِرَّهُ فَلا تُعطِهِ أقَلَّ مِن خَمسينَ دينارًا والكَثيرُ إلَيكَ، ومَن سَأَلَكَ مِن عَمّاتِكَ فَلا تُعطِها أقَلَّ مِن خَمسَةٍ وعِشرينَ دينارًا والكَثيرُ إلَيكَ، إنّي إنَّما اُريدُ بِذلِكَ أن يَرفَعَكَ اللّهُ، فَأَنفِق ولا تَخشَ مِن ذِي العَرشِ إقتارًا

İmam Rzanın (ə) oğlu İmam Cavada (ə) məktubunu oxuyurdum və orada belə yazılmışdı: “Ey Əbu Cəfər (İmam Cavadın künyəsidir), mənə xəbər çatıb ki, (evdən çıxıb) miniyinə mindikdə, xidmətçilərin səni kiçik (arxa) qapıdan yola salırlar.

Bu da ki, onların paxıllıqları üzündəndir. Onlar istəmirlər ki, sənin bir kəsə xeyrin dəysin. Üzərində olan haqqımı nəzərə alıb, sənə böyük (giriş) qapıdan get-gəl etməyi tapşırıram Hər dəfə evdən çıxdıqda, özünlə müəyyən qədər qızıl-gümüş (pul) götür ki, səndən bir şey istəyəni əliboş qaytarmayasan.

Əmilərindən sənə ehtiyacı olana əlli dinardan az pul vermə, artığını isə özün bilərsən. Bibilərindən də sənə ehtiyacı olana iyirmi beş dinardan az pul vermə, ondan çoxu isə sənə aiddir.

Arzum budur ki, bu işlərlə Allah-Taala səni ucaltsın. Malını (Allah yolunda) xərc et və ərş sahibi (Allah) tərəfindən də yoxsulluq qorxusu keçirmə!” (“Əl-kafi”, c.4, səh.34, hədis 5.)


Maide.az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031