Mənəvi məqamlara yüksəliş
Mьəllif: admin1
Tarix: 30-06-2020, 23:34
Mənəvi məqamlara yüksəliş
İmam Əlinin (ə) hüzurunda “əstəğfirullah” (Allahdan bağışlanmaq istəyirəm) deyən şəxsə (tövbə edib günahların bağışlanmasını istəməyin şərtləri barəsində) buyurmuşdur:

أَتَدْرِی مَا الِاسْتِغْفَارُ إِنَّ الِاسْتِغْفَارَ دَرَجَةُ الْعِلِّيِّینَ وَ هُوَ اسْمٌ وَاقِعٌ عَلَى سِتَّةِ مَعَانٍ أَوَّلُهَا النَّدَمُ عَلَى مَا مَضَى وَ الثَّانِی الْعَزْمُ عَلَى تَرْكِ الْعَوْدِ إِلَيْهِ أَبَداً وَ الثَّالِثُ أَنْ تُؤَدِّيَ إِلَى الْمَخْلُوقِینَ حُقُوقَهُمْ حَتَّى تَلْقَى اللَّهَ أَمْلَسَ لَيْسَ عَلَيْكَ تَبِعَةٌ وَ الرَّابِعُ أَنْ تَعْمِدَ إِلَى كُلِّ فَرِیضَةٍ عَلَيْكَ ضَيَّعْتَهَا فَتُؤَدِّيَ حَقَّهَا وَ الْخَامِسُ أَنْ تَعْمِدَ إِلَى اللَّحْمِ الَّذِی نَبَتَ عَلَى السُّحْتِ فَتُذِیبَهُ بِالْأَحْزَانِ حَتَّى تُلْصِقَ الْجِلْدَ بِالْعَظْمِ وَ يَنْشَأَ بَيْنَهُمَا لَحْمٌ جَدِیدٌ وَ السَّادِسُ أَنْ تُذِیقَ الْجِسْمَ أَلَمَ الطَّاعَةِ كَمَا أَذَقْتَهُ حَلَاوَةَ الْمَعْصِيَةِ فَعِنْدَ ذَلِكَ تَقُولُ أَسْتَغْفِرُ اللَّهَ

“İstiğfarın (həqiqi mənasının) nə olmasını bilirsən (ki, onu düşünmədən dilinə gətirirsən)? İstiğfar yüksək məqam sahiblərinin (həqiqi möminlərin) məqamıdır.

O, altı mənası (şərti) olan bir addır. (Əgər altı şərtin hamısı bir yerdə toplanmış olsa, istiğfar kamil, əks halda isə naqisdir.)

Birincisi, keçmiş günahlardan peşmançılıq;

İkincisi, ona (günahlara) qayıtmağı həmişəlik olaraq tərk etmək qərarına gəlmək;

Üçüncüsü, boynunda ziyan və günah olmayan paklıqla Allaha qovuşmağın üçün xalqın haqlarını əda etmək;

Dördüncüsü, sənə (namaz, oruc və həcc kimi) vacib olmuş, eləcə də, əldən çıxardığın hər bir şeyin haqqını (qəzasını) yerinə yetirmək;

Beşincisi, çalışıb (bədənində) haramdan yaranmış əti hüzn və kədərlə o qədər əridəsən ki, dəri sümüyə yapışsın və onların arasında təzə ət bitsin;

Altıncısı budur ki, günahın şirinliyini bədəninə daddırdığın kimi, ibadət və bəndəliyin əziyyətini də ona daddırasan. Bu zaman, “əstəğfirullah” deməlisən. (“Nəhcül-bəlağə”, qısa kəlamlar 409.)

İstiğfarın böyük faydası budur ki, bizi qəflətdən ayıldıb, özümüz haqda düşünməyə vadar edir. Biz günaha düşdükdə, özümüzün səhv yolda olduğumuzu gördükdə və bu haqda düşündükdə, tövbə və istiğfar fikrinə düşürük.

Günahlar, xətalar, çaşqınlıqlar, nəfsin istəklərinə uymalar, özümüzə və başqalarına etdiyimiz zülmlər gözümüzün önündə mücəssəm olduqda, nələrə qurşandığımızı xatırlayır, yanıldığımızı anlayır, qəflət və məğrurluqdan aralanır, günahkar olduğumuzu dilimizə gətirib mehriban Allahdan bağışlanmağımızı diləyirik. Budur istiğfarın ən gözəl halı.

İmam Baqir (ə) buyurur: “Xoş o kəsin halına ki, Qiyamət günü əməl dəftərində hər günahın altında “əstəğfirullah” (Allahdan bağışlanmaq istəyirəm) yazılsın.” (“Vəsailuş-şiə”, c.16, səh.69.)


Maide.az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031