İnsan tərifi sevən, təkəbbürlü, lovğa olanda, şeytan ona asanlıqla hücum edər
Mьəllif: admin1
Tarix: 30-06-2020, 23:25
İnsan tərifi sevən, təkəbbürlü, lovğa olanda, şeytan ona asanlıqla hücum edər
İnsan nə zaman günah işlətmək fikrinə düşsə, gərək onu yerinə yetirməsin. Şeytanın tələsinə düşmək yerinə Allaha pənah aparmalıdır.

İmam Sadiq (ə) buyurur: “O kəs ki, günah fikrinə düşər, gərək onu yerinə yetirməsin. Çünki bəndə Allah Təala hüzurunda elə günaha düçar olar ki, Allah Təala buyurar: “İzzət və Cəlalıma and olsun ki, bundan sonra səni bağışlamayacağam””.

O kəs ki, özündən qafil olar, şeytan ondan qafil olmaz. Ona görə də insan gərək özünün hesab-kitabını bilsin. Sərmayəsindən yaxşı şəkildə istifadə etsin.

İmam Sadiq (ə) buyurur: “Şeytan bəndəni vəsvəsə etmək gücünə malik deyildir. Məgər o halda ki, o, Allahı yada salmaqdan qafil olar. Əmrini yüngül hesab edər və itaətsizliyə üz çevirər. Allahın sirrindən xəbərdar olduğunu unudar”.

Həzrət Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “Nə zaman şeytan vəsvəsə etsə ki, haqq yolundan azdırsın, Allahı yadından aparsın, ondan Allaha pənah apar. (Allaha təvəkkül et). O, haqqın batilə qələbə çalmasına yardıma gələr. Məzluma yardım edər.

Çünki Özü buyurur: “Şeytan, möminə və o kəsə ki, Allaha təvəkkül edər, hakim olmaz””.

İmam Əli (ə) buyurur: “Şeytanın hücum etməsi üçün ən əmin zaman o zamandır ki, insan təkəbbür, lovğalıq, xudbinlik kimi günah vəsvəsəsinə düçar olar. Başqalarının özü haqqındakı tərifini sevər”.

Ona görə də şeytanın tələsindən xilas olmağın ən yaxşı yolu - Allahı daima xatırlamaq və yada salmaqdır. Heç bir ürək onu yada salmaqdan qalmamalı və heç bir dil Onu anmaqdan yorulmamalıdır.

Bəşər həmişə ehtiyac sahibidir və ehtiyacı aradan qaldrımağın ən yaxşı amili Allahı yada salmaqdır. Ona görə də yerində və zamanında əgər bu fürsətdən istifadə olunmazsa insan həsrət çəkər.

İmam Sadiq (ə) buyurur: “O kəs ki, Allahı çoxlu yada salar, Allah ona behişt kölgəsində yer verər”.

Allahı çoxlu yada salmaq düşmənini silahsız edər və dəf edər. Çünki İblis bütün daxili və xarici ordusu ilə ürəkləri vəsvəsə etməyə çalışır. Davamlı olaraq Allahı zikr edərək, lənətlik iblisin nüfuz etməsinə mane olmaq olar.

Əgər süstlük nəticəsində şeytan ona hakim olarsa, çoxlu zikr edərək bu acı halı aradan qaldırmaq olar. Bundan başqa, insan Allahı zikr edərək Onun diqqətini və inayətini özünə tərəf cəlb edər.

Ona görə də Allahı yada salmaqdan və zikr etməkdən yorulmayaq və Allahı hər bir halda yada salaq. Əgər belə olarsa, İlahi qorxu bizi əhatə edər, ürək yumşaq, bədən aram və şövq göz yaşları çox olar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930