Qəlbimizdə imanı necə gücləndirə bilərik?
Müəllif: Admin
Tarix: 3-06-2020, 00:32
Qəlbimizdə imanı necə gücləndirə bilərik?
Qəlb imanını gücləndirmək üçün müxtəlif yollar tövsiyə edilir ki, onlarla tanış olaq:

1. Qəlb imanını gücləndirməyin ən yaxşı yolu – davamlı olaraq Allahı yada salmaqdır. Allahı yada salmaq – qəlb əminliyinə gətirib çıxardar və qəlb sahibi əminlik əldə edər.

2. Dini düzgün tanımaq – imanı gücləndirməyin başqa yoludur. İnsan hər nə qədər dini düzgün tanıyarsa, dini inancı da düzgün formalaşar. O, dinin əleyhinə olanların təbliğatı qarşısında daha müqavimətli olar.

3. Qəlb imanını gücləndirməyin başqa yolu – eşq və məhəbbətdir. Allahı sevmək, Peyğəmbəri (s) sevmək, Əhli-Beyti (ə) sevmək – insanın imanına böyük təsir qoyur.

Şəhid Mütəhhəri bu haqda buyurur: “Əhli-Beyt (ə) – məktəbinin başqa məktəblərdən üstünlüyü bundadır ki, əsil bünövrəsini məhəbbət təşkil edir. Əhli-Beyt (ə) məzhəbi – eşq məzhəbidir”.

4. Qurana yaxın olmaq – qəlb imanını gücləndirmək üçün başqa bir amildir. Qurani-Kərimdə buyurulur: “Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər”. (“Ənfal” 2).

5. İbadət və münacat etmək də qəlbi gücləndirən amillərdəndir. Həmçinin böyük əxlaq alimlərinin möizələrində iştirak etmək və onlardan bəhrə aparmaq da qəlb imanını gücləndirər.

Allah Təala bizləri imanı güclü olanlardan qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031