Ömür sərmayəsi üçün ən üstün tətbiq
![]() İmam Əli (ə) buyurur: “Ən faydalı insanlar o kəslərdir ki, dünyalarını satar və əvəzində axirətlərini satın alarlar”. Əlbəttə, burada söhbət ömür sərmayəsindən gedir. Hər kim ömür sərmayəsini axirəti üçün xərcləyər – ən faydalı insanlardan hesab olunar və nicat tapar. Ancaq əksinə, hər kim ömür sərmayəsini ancaq dünyası və dünya rifahı üçün xərcləyər, axirətini unudar – o, ən çox ziyan edənlərdən olar. İmam Əli (ə) başqa yerdə buyurur: “Hər kim özünü behiştdən qeyrisinə satar – özünə zülm etmiş olar”. Bu ticarətdəki satılan mal – özündən keçmək və nəfsinin hakimi olmaq, dünya ləzzətlərini tərk etmək, saleh əməllərlə məşğul olmaqdır. Çünki bu bazarda ancaq belə malların alıcısı vardır. İmam Əli (ə) buyurur: “Saleh əməl kimi ticarət və savab kimi faydadan qeyrisi mövcud deyildir”. /Deyerler.org/ Oxşar xəbərlər
|