Həzrət İsa (ə) da, İmam Mehdi (ə) də gələcək!!!
Mьəllif: admin1
Tarix: 7-03-2023, 10:42
Həzrət İsa (ə) da, İmam Mehdi (ə) də gələcək!!!
“Nə İsa peyğəmbər gələcək, nə də İmam Mehdi!” iddiasının əhli-sünnənin dörd məzhəbinin alimlərinin dili ilə dəlillərlə rədd edilməsi

Bütün İslam məzhəblərinin böyük alimləri Həzrət İsanın (ə) və İmam Mehdinin (ə) zühur edəcəyinə inanmayan insanlara tutarlı cavablar vermişlər. Əsas mövzuya keçməzdən əvvəl bu inancla bağlı olan bir neçə şübhəni qeyd etmək istəyirik:

Şübhə 1: Həzrət İsa (ə) və Həzrət Mehdi (ə) yer üzünə gəlməyəcəkdir.

Şübhə 2: Həzrət İsa (ə) Həzrət Mehdinin (ə) arxasında namaz qılmaz.

Şübhə 3: Həzrət İsa (ə), yaxud Həzrət Mehdi (ə) gəldikdə namazı hansı məzhəbin qaydalarına uyğun qılacaqlar?

Cavablar:

Məhdəviyyət inancını hansısa məzhəbin, firqənin inancı kimi təqdim edən¬lər çox güman ki, az mütaliə edənlərdir. Məhdəviyyət inancı ümumbəşəri bir ideologiyadır.

Həzrət Mehdinin (ə) gəlişini zaman-zaman hər hansı bir məzhəbə aid etmək, bəzən daha da irəli gedərək onun gəlişini tamamilə inkar edirlər.

Zaman keçdikcə Həzrət Mehdi (ə) inancı İslamın dəyişməz etiqad prinsiplərin¬dən birinə çevrilmişdir. Sünni alimlər və sadə xalq kütləsi bu inanc məsələsində o qədər həmrəy olmuşlar ki, ortaya bu inanca qarşı olan bir inkarçı, yaxıd şübhə yaradacaq bir fikir çıxsa, alim və tədqiqatçılar ona lazım olan cavabı verirlər.

Çünki bu prinsipi inkar edən şəxs əsl həqiqətdə İslamın danılmaz etiqad prinsip¬lərindən biri haqqında (rəvayətlərdə Peyğəmbərdən (s) təvatür həddində nəql olunduğu halda) şəkk-şübhə yaratmış olur.

Bu etiqad prinsipi ilə bağlı ortaya atılan şübhələrə cavab vermiş sünni alimlərinin bir neçəsinin adını qeyd edirik:

1. VIII əsr (hicri) alimlərindən olan və məşhur “Tarix” kitabının müəllifi İbni Xəldun öz kitabının müqəddiməsində yazır: “Bil ki, bütün müsəlmanlar arasında belə bir məşhur inanc vardır: Axırzamanda əhli-beytdən olan bir kişi mütləq zühur edəcək, dinə kömək edib ədaləti yayacaq, müsəlmanlar da ona itaət edəcəklər.

Bütün İslam ölkələrinə hakim olacaq bu şəxsin adı Mehdi olacaq. Qiyamətin danılmaz əlamətlərindən olan Dəccalın gəlişi və sonrakı hadisələr Mehdinin zühurundan sonra baş verəcəkdir.

İsa (ə) ondan sonra yer üzünə nazil olaraq Dəccalı qətlə yetirəcək, yaxud Mehdinin zühuru ilə eyni zamanda nazil olacaq, Dəccalı öldürməkdə ona kömək edəcək və namazda Mehdiyə iqtida edəcəkdir.” (“İbni Xəldunun müqəddiməsi”, Daru ehyait-turasil-ərəbiyy çapı, səh. 311)

Görkəmli əhli-sünnə alimi daha sonra Həzrət Mehdi (ə) barəsində olan 27 hədisi araşdırır, bəzi raviləri tənqid edir və mülahizələrinin sonunda yazır: “Mehdi və onun axırzamanda zühur etməsi ilə bağlı olan rəvayətlərin hamısı bunlardan ibarətdir. Gördüyünüz kimi, bir neçəsi istisna olmaqla, yerdə qalanlar barədə tənqid və mülahizələrə yer vardır”. (“İbni Xəldunun müqəddiməsi”, Daru ehyait-turasil-ərəbiyy çapı, səh. 311)

2. Əli Kurani “Zühur əsri” kitabında yazır: “Mən əvvəllər “Əqidətu əhli-sunnə vəl-əsər fil-Məhdil-muntəzər” adlı bir tədqiqat əsəri də yazmışdım.

Bu məqalə Mədinədə nəşr edilən “Əl-Camiətul-İslamiyyə” jurnalının 1388-ci ilin Zilqədə ayına təsadüf edən 3-cü nömrəsində çap edilmişdi. Həmin məqalə aşağıdakı on hissəni əhatə edir:

1. Peyğəmbərin (s) Həzrət Mehdi ilə bağlı buyurduğu rəvayətləri nəql edən səhabələrin adları;

2. Həzrət Mehdi barəsindəki rəvayətləri öz kitablarında bir yerə toplamış sünni alimlərinin adları;

3. Həzrət Mehdi barəsində ayrılıqda kitab yazan sünni alimlərinin adları;

4. Həzrət Mehdi barəsindəki hədislərin təvatür həddində olduğuna hökm edən alimlər;

5. “Səhih Buxari” və “Səhihi-Müslim”də Həzrət Mehdi barəsində olan bəzi rəvayətlərin izahı;

6. Qeyd olunan bu iki kitabdan başqa kitablarda da Həzrət Mehdi barəsində olan rəvayətlərin (sənədlərini qeyd etməklə) izahı;

7. Həzrət Mehdi ilə bağlı olan rəvayətlərə etiraz edən alimlərin adları;

8. Həzrət Mehdi ilə bağlı olan rəvayətləri inkar edən, yaxud onlar haqqında şəkk-şübhə yaradan insanların adları;

9. Həzrət Mehdi ilə bağlı olan rəvayətlər arasında ziddiyyətli görünən məqamların qeyd edilməsi və cavablandırılması;

10. Həzrət Mehdinin axırzamanda zühur etməsinə etiqadın elə qeybə etiqad olması, eləcə də, əhli-sünnənin Həzrət Mehdi inancının şiəlikdəki inancdan təsirlənməməsi və bu ikisi arasında heç bir əlaqənin olmaması barəsində yekun sözümüz. (Əli-Kurani, “Zühur əsri”, səh. 329-330)

3. İbn Qeyyim Cövzi. Bu alim də Həzrət Mehdi (ə) barədə olan rəvayət¬lərdən söz açmış və İbn Macənin “Sünən” kitabında Abdullah ibn Məsuddan nəql olunan hədisi qeyd etmişdir: “Biz Peyğəmbərin (s) yanında idik. Bəni Haşimdən olan bir dəstə gənc oraya gəldi.

Peyğəmbər (s) onları görən kimi gözlərindən yaş axmağa başladı və rəngi dəyişdi. Dedik: “Sizdə bizi narahat edəcək hal müşahidə edirik”.

Peyğəmbər (s) buyurdu: “Allah biz Əhli-Beyt üçün axirəti dünyadan üstün etmişdir. İnsanlar tezliklə bəla və müsibətlərə məruz qalacaq, başlarını itirəcəklər.

Nəhayət, məşriqdən əllərində qara bayraqlar olan bir qövm gələrək haqqı tələb edəcək. Ancaq haqları onlara verilməyəcək. Sonra mübarizəyə qalxıb qələbə çalacaqlar.

Bu zaman onların istəkləri həyata keçəcəkdir, lakin bu dəfə özləri qəbul etməyəcəklər. Nəhayət, bayraqlarını mənim nəslimdən olan bir kişiyə həvalə edəcəklər.

O, yer üzünü zülm və haq¬sızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır. Elə isə, hər kəs o zamanı görsə, hətta qarın üzərində sürünməklə olsa belə, onların yanına tələssin”. (Həmçinin, bax: “Sünəni-Əbu Davud”, c. 14, səh. 402)

Bu alimlərdən başqa, əhli-sünnənin təfsir alimi Cəlaləddin Süyuti, İbn Həcər Heysəmi, Əbu Fida İbn Kəsir, İbn Əbil Hədid Mötəzili, Əl-Əzhər universitetinin müəllimi Şeyx Məhəmməd Xızır Hüseyn, Şeyx Nasirəddin Əlbani, Ədvi Misri, Səduddin Təftəzani, Qirmani Dəməşqi, Muhyiddin Ərəbi, Şərif Bərzənki, Səmhudi, Əllamə Xeyruddin Alusi, Əllamə Mənavi, Maliki məzhəbinin alimi Kəttani Maliki kimi görkəmli əhli-sünnə alimləri və daha neçə-neçə alimlər Qiyamətdən öncə Həzrət İsanın (ə) və Mehdinin (ə) gələ¬cəyini dəlillərlə qeyd etmişlər.

Bundan başqa, əhli-sünnənin dörd məzhəbindən olan alimlər də Həzrət İsanın (ə) və Mehdinin (ə) gələcəyini öz əsərlərində təsdiq etmişlər. Belə ki, Həzrət İsanın (ə) nazil olması və Həzrət Mehdinin (ə) zühur edəcəyi inancı əhli-sünnə inancının inkaredilməz bir gerçəyidir.

“Səhih Buxari”, “Səhihi-Muslim”, “Sunəni İbn Macə” və sair hədis kitab¬ları başdan-başa bu mövzuda olan hədislərlə doludur.

Nümunə üçün onlardan birini qeyd edirik: “Dünyanın ömründən bir gün də qalsa, Allah mənim əhli-beytimdən bir nəfər göndərəcək. O, (daha əvvəl) zülmlə dolmuş dünyanı əda¬lətlə dolduracaq”. (“Sünəni-Əbu Davud”, c. 14, səh. 402)

Əhli-sünnə alimlərindən bir neçəsinin İmam Mehdi (ə) inancı ilə bağlı fikirləri

Hafiz Əsqəlani yazır: “Həzrət Mehdi və onun əhli-beytdən olduğu, yeddi il rəhbərlik edəcəyi, yer üzünü ədalətlə dolduracağı, Həzrət İsanın onunla birlikdə zühur edəcəyi, Dəccalı (fikirlə) öldürəcəyi, ümmətə imamət edəcəyi və İsanın onun arxasında namaz qılacağına dair Peyğəmbərdən (s) nəql olunan hədislər və ravilərin say çoxluğu mütəvatir və məşhurdur”. (Hafiz Əskəlani, “ət-Təhzib”, c. 9, səh. 144)

Bunu Süyuti də “əl-Havi lil-Fətava” əsərində olduğu kimi nəql edir.

İbn Həcər Heysəmi yazır: “Əbu Hüseyni-Acuri belə deyir: “Həzrət Mehdi¬nin zühuru, Əhli-Beytdən olduğu, yer üzünü ədalətlə dolduracağı, İsa (ə) ilə birlikdə zühur edəcəyi və Fələstin torpaqlarındakı “Babı-Led” də Dəccalı öldürmək üçün ona kömək edəcəyi, ümmətə imamət edəcəyi və İsanın (ə) da onun arxa¬sında namaz qılacağına dair Peyğəmbərdən (s) nəql olunan hədislər və onların raviləri say çoxluğu baxımından mütəvatir və məşhurdur”. (İbn Həcəri Heysəmi, “Əs-Savaiq”, səh. 165)

Şəblənci yazır: “Həzrət Mehdinin əhli-beytdən olduğuna və yer üzünü əda¬lətlə dolduracağına dair Peyğəmbərdən (s) nəql olunan rəvayətlər mütəvatirdir və onun Dəccalı öldürmək üçün İsaya kömək edəcəyini bildirən hədislər də mütəvatirdir”. (Şəblənci, “Nur-ul Əbsar”, səh. 171)

Misirli Şeyx Məhəmməd Hənəfi “İthafu Əhl-əl-İslam” (əl yazma) adlı kitabında yazır: “Həzrət Mehdinin zühur edəcəyinə dair Peyğəmbərdən (s) nəql olunan hədislər mütəvatirdir.”

Tədqiqatçı Məhəmməd ibn Rəsul Bərzənci yazır: “Məhəmməd ibn Həsən Əsfəvi “Mənaqibi-Şafii ” adlı kitabında belə yazır: Həzrət Mehdi və onun Pey¬ğəmbərin əhli-beytindən olduğuna dair Rəsulullahdan (s) nəql olunan rəvayətlər mütəvatirdir”. (Tədqiqatçı Məhəmməd ibn Rəsul Bərzənci, “əl-İşaatu li Əşrat-is Sae”, səh. 87)

Şeyx Məhəmməd Sabban yazır: “Həzrət Mehdinin zühuru, əhli-beytdən olduğu, yer üzünü ədalətlə dolduracağı və Fələstindəki “Babı-Led”də Dəccalı öldürmək üçün İsaya kömək edəcəyi, ümmətə imam olub İsanın onun arxasında namaz qılacağına dair Peyğəmbərdən (s) gəlib çatan hədislər mütəvatirdir”. (Şeyx Məhəmməd Sabban, “İsafur-Rağibin”, səh. 140)

Süveydi yazır: “Alimlərin üzərində ittifaq etdikləri şey budur ki, Həzrət Mehdi axırzamanda qiyam edəcək və yer üzünü ədalətlə dolduracaq”. (Süveydi, “Səbaiquz-Zəhəb”, səh. 78)

Peyğəmbərimizin (s) Həzrət Mehdi (ə) ilə bağlı verdiyi müjdə Hənəfi, Hənbəli, Şafei və Maliki məzhəblərinin bir çox alimləri tərəfindən qəbul edil¬mişdir.

Hənəfi məzhəbində Həzrət Mehdi (ə) inancı

Yaşadığı illərdə bir neçə səhabəni görmüş Əbu Hənifə Həzrət İsanın (ə) enəcəyini və Həzrət Mehdinin (ə) zühur edəcəyini müjdə verən məzhəb imam¬larındandır. Birbaşa səhabələrdən elm və hədis öyrəndiyinə görə, Əbu Hənifə Həzrət Mehdinin (ə) zühurunun inkaredilməz olduğunu bildirmişdir.

İmam Əbu Hənifənin İslamın etiqad prinsipləri (İslam dininin etiqad əsasları, imanın əsasları, dinin əsas qayda və hökmləri) haqqında yazdığı “Fiqhul-əkbər” və “Vəsiyyət” adlı risalələri əhli-sünnənin çox önəmli mənbələrindəndir.

Əbu Hənifənin “Fiqhul-əkbər” adlı əsəri də əhli-sünnə arasında mötəbər sayılan mənbələrdəndir. İmami-əzəm Əbu Hənifə öz traktatında Həzrət İsanın (ə) enəcəyinin və Həzrət Mehdinin (ə) gəlişinin inkaredilməz mövzulardan olduğunu belə qeyd edir: “Dəccalın və Yəcucun çıxması, Günəşin qərbdən doğması, Həzrət İsanın (ə) göydən enməsi və səhih xəbərlərdəki digər Qiyamət əlamətləri haqdır və olacaqdır. Qiyamətin digər böyük əlamətləri də var.

Məsələn, Mehdinin (ə) gəlməsi kimi. Bütün bu hadisələr, səhih hədislərdə məlumat verdildiyi kimi haqdır və baş verəcəkdir”. (İmami-əzəm Əbu Hənifə “Fiqhul-əkbər”, tərcüməçi: Əlirza Kaşəli, səh. 99)

Ye¬nə yazır: “Dəccalın, Yəcuc və Məcucun çıxması, Günəşin qərbdən doğ¬ması, Həzrət İsanın və digər Qiyamət əlamətləri səhih hədislərdə qeyd edildiyi şəkildə (etibarlı hədislərdən bizə çatdığı şəkildə) haqdır, olacaqdır”. (Əbu Hənifə, Numan bin Sabit, “Fiqhul-əkbər”, tərcümə edən:H. Basri Çantay, Ankara 1982)

Qiyamət qopacağı zaman Həzrət İsa (ə) yer üzünə enəcək. Həzrət İsa (ə) gəlməzdən əvvəl Həzrət Mehdi Məkkə və Mədinə hərəmlərindəki müqəddəs yerdə ortaya çıxacaq, sonra Qüdsə gedəcək.

Ondan sonra Dəccal gələcək, İsa (ə) da Dəməşqdə Şərq minarəsindən enərək Dəccalı təsirsiz hala salacaq və Dəccal orada bir zərbə ilə zərərsizləşdiriləcək. İsa (ə) yer üzünə endikdə duz suda əridiyi kimi, Dəccal da əriyəcək.

Bundan sonra İsa (ə) Həzrət Mehdi (ə) ilə görüşəcək. Birlikdə namaz qılınacaq. Mehdi (ə) namazı qıldırması üçün Həzrət İsadan (ə) önə keçməsini istəyəcək, lakin İsa (ə): “Sən bu namazı qıldırmağa məndən daha çox layiqsən” deyəcək.

Həzrət İsanın Allah Rəsulunun (s) şəriətinə tabe olduğu üzə çıxsın deyə Həzrət Mehdiyə tabe olacaq. Beləliklə, birlikdə namaz qılacaqlar. (İmami-əzəm, “Fiqhul-əkbər”, Əliyyul-Qarinin şərhi, tərcümə: Yunus Vəhbi Yavuz, əlavələrlə birlikdə 3-cü nəşr, Çağrı nəşriyyatı, səh. 284)

Şafei məzhəbində Həzrət Mehdi (ə) inancı

İmam Şafei hicrətin 150-ci ilində Qəzzada anadan olmuşdur. Onun Əbu Hənifənin vəfat etdiyi il dünyaya gəlməsi İslam alimləri tərəfindən mühüm hadisə hesab edilmişdir. İmam Şafei Məkkəyə gedərək hədis təhsili almış, kiçik yaşda Quranı əzbərləmiş və İmam Malikin yanında fiqh məsələlərini mükəmməl öyrənmişdir.

Quran və hədis sahəsi ilə bağlı bilikləri mükəmməl olan İmam Şafei də Əbu Hənifə kimi Həzrət Mehdinin (ə) zühur müjdəsini vermişdir.

O, yazır: “Qiyamətə yaxın zamanda Həzrət Mehdi adlanan müsəlman sərkərdə çıxacaq və müsəlmanların imanlarını yeniləyəcək. Yer üzündə geniş yayılmış zülmə və haqsızlığa son qoyacaq, yerinə haqq və ədaləti bərqərar edəcək.

Bir çox hədis və etiqad kitablarında açıq şəkildə bildirildiyi kimi, Həzrət Mehdinin zühurunun ardınca Dəccal adlanan bir sərkərdə üzə çıxacaq, əmri altında olan yetmiş döyüşçü ilə İslami fəaliyyətin qarşısını almaq üçün hərəkətə keçəcək və nəticədə, müsəlmanlarla vuruşacaq, əvvəlcə nə qədər qələbə çalsa da, sonda məğlub olacaq.

Həzrət İsa (ə) Allahın əmri ilə göyə qalxdığı kimi, Qiyamətə yaxın zamanda Allahın əmri ilə yer üzünə enəcək və İslam ədalətini gerçəkləşdirəcək.

İmanı zəif olan bunu qeyri-mümkün hesab edə bilər. Halbuki, Allahın qüdrəti sayəsində bu, çox asandır. (Halil Günenç, “Böyük Şafii ilmihalı”, əlavəli 2-ci nəşr, səh. 23)

Maliki məzhəbində Həzrət Mehdi (ə) inancı

Maliki məzhəbində də Həzrət İsanın (ə) gəlişinə etiqad əsas inanclardandır. İmam Malikin “Əl-Muvəttə” əsərində Həzrət İsanın (ə) ikinci dəfə yer üzünə gəlməsinə və Həzrət Mehdinin (ə) zühuruna diqqət çəkilmişdir. (İmam Malik, “Əl-Muvəttə”, c. 2)

Hənbəli məzhəbində Həzrət Mehdi (ə) inancı

Hənbəli məzhəbinin banisi Əhməd ibn Hənbəl öz əsərlərində Həzrət İsanın (ə) gələcəyini və Dəccalı öldürəcəyini qəbul edir. O, axırzaman əlamətləri ilə bağlı çox maraqlı məlumatlar verir.

Əhməd ibn Hənbəl Dəccalla bağlı hədisləri iztiazə edə-edə (onun şərindən Allaha sığınaraq) qeyd etmiş, onun axırzamanda zühur edəcəyini və Həzrət İsa (ə) tərəfindən öldürüləcəyini qəbul etmişdir. (Dr. Yusuf Şevki Yavuz, “İslam əqaidinin üç şəxsiyyəti”, səh. 49)

Peyğəmbərimiz (s) Həzrət Mehdinin (ə) bütün məzhəbləri aradan qaldıraraq dini əvvəlki vəziyyətinə qaytaracağını bildirmişdir.

Həzrət Mehdinin (ə) mühüm xüsusiyyətləri arasında xüsusi vurğu ilə qeyd edilən biri ən böyük mücəddid (hər əsrin əvvəlində dini həqiqətləri dövrün tələbinə görə öyrədən böyük İslam alimi) və ən böyük müctəhid (ehtiyac olduqda ayələrdən hökm çıxaran böyük İslam alimi) xüsusiyyətidir.

Bu xüsusiyyətlərə malik olan böyük şəxsiyyətlər İslam toplumlarına nümunə olmuş, yol göstərmiş, zamanın mənəvi öndərləri kimi tanınmışlar. Bu öndərlərdən bəzisi ictihad etmək (üsuluna uyğun olaraq Quran və hədislər vasitəsilə hökm çıxarma) və hökm vermək xüsusiyyətlərinə görə məzhəb öndərləri olmuş, müsəlmanlar da onlara tabe olmuşlar.

Sözügedən müctəhid və mücəddidlərdən ən böyüyü isə Həzrət Mehdi olacaq. Bu da Həzrət Mehdinin ictihad etmək (üsuluna uyğun olaraq Quran və hədislər vasitəsilə hökm çıxarma) və hökm çıxarmaq səlahiyyətinə malik olan bir şəxsiyyət kimi bütün məzhəbləri aradan qaldıracağını göstərir.

O, ən böyük məzhəb imamı olduğuna görə bütün məzhəbləri ləğv etməlidir. Dövründə hər kəsin ona tabe olacağını ehtiva edən hədislər də bunu təsdiq edir. İslam tarixinin ən böyük alimlərindən biri olan Muhyiddin Ərəbi “Futuhatul-Məkkiyyə” adlı əsərində bu barədə belə yazır:

“Həzrət Mehdi dini eynilə Pey¬ğəmbərin zamanında olduğu kimi tətbiq edəcək. Yer üzündəki məzhəbləri aradan qaldıracaq. Xalis həqiqi dindən başqa heç bir məzhəb qalmayacaq” (Muhəmməd bin Rəsul əl-Hüseyn əl-Bərzənci, “Qiyamətin əlamətləri”, səh. 186-187)

Dəyərli İslam alimi Hüseyn Hilmi İşıq da “Səadəti-əbədiyyə” adlı əsərində Həzrət Mehdinin bu xüsusiyyəti haqqında belə yazır: “Həzrət Mehdi axır¬zamanda dünyaya gələcək. O, Rəsulullahın (s) nəslindən olacaq. O, İsa (ə) ilə görüşəcək. Məzhəblərə son qoyacaq və yalnız onun öz məzhəbi qalacaq. (H. Hilmi İşık, “Saadeti-Ebediye”, səh. 35)

Nəticə: Həzrət İsa (ə) və Həzrət Mehdi (ə) yer üzünə təkrar gələrək ədaləti bərqərar edəcəklər. Həzrət İsa (ə) namazda Həzrət Mehdiyə (ə) iqtida edəcəkdir.

Həzrət Mehdi hədislərə əsasən Peyğəmbərdən (s) sonra yaranmış bütün məz¬həblərə son qoyacaq və əsl xalis İslamı yer üzərində yenidən bərqərar edəcəkdir. Namazı da məhz Həzrət Peyğəmbərin (s) bizə öyrətdiyi kimi qılacaqdır.

Mahir Şəkərov, “İslamda Vardır!” 1-ci cild, səh. 284-296

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930