Peyğəmbərimiz (s) hansı rəngdə, hansı uzunluqda, hansı materialdan paltar geyinirdi?
Mьəllif: admin1
Tarix: 8-03-2022, 10:36
Peyğəmbərimiz (s) hansı rəngdə, hansı uzunluqda, hansı materialdan paltar geyinirdi?
“Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik).

Əlbəttə, təqva libası daha yaxşıdır. Bunlar Allahın (insanlar üçün olan) ayə və nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar”. (“Əraf” 26).

İslam dini hər bir sahədə qayda və qanunlar təyin etdiyi kimi, geyim mövzusunda da qaydalar təyin etmişdir ki, onlara işarə edək:

1. Qadın və kişi paltarı. Kişilərin qadın və qadınların da kişi paltarı geyinməsi caiz deyildir. Ancaq müştərək paltarların geyinilməsində bir çətinlik yoxdur.

2. Bəzənmək və pakizə olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Allah gözəldir və gözəlliyi sevir. Bağışlayandır və bağışlamağı sevir. Pakizədir və pakizəliyi sevir”.

İmam Əli (ə) buyurur: “Bəzənmək – möminlərin əxlaqındandır”.

3. Özünü kafirlərə bənzətməmək. Məsumlarımız (ə) bizləri geyimdə özümüzü kafirlərə bənzətməyimizi qadağan etmişdilər. İmam Əli (ə) buyurur: “Az görünmüşdür ki, kimsə özünü bir qövmə bənzətsin və yavaş-yavaş onun kimi olmasın”.

4. Paltarın keyfiyyəti. Paltar elə bir şeydir ki, insanı təkəbbürə tərəf çəkə bilir. Bəzi paltarlar isə insanı həqir edə bilir. O paltar ki, çox uzundur və yerə dəyir – təkəbbürə səbəb olur. Peyğəmbər (s) bu mövzuya özü riayət edər və ayağının üstünə dəyən uzunluqda paltardan qeyrisini geyinməzdi.

5. Paltarın cinsi. İmam Əli (ə) buyurur: “Pambıq paltarlar geyinin. Çünki o Allahın Peyğəmbərinin (s) paltarıdır”.

6. Paltarın rəngi. Əziz Peyğəmbərin (s) ən sevimli rəngi – yaşıl rəng idi. Həmçinin ağ rəngi sevərdi. Həzrət (s) buyurmuşdur: “Yaşayan zaman ağ paltar geyinin, ölülərinizi də ağ parça ilə kəfənləyin”.

Həzrət Peyğəmbərin (s) sevmədiyi rəng – qırmızı rəng idi.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930