İman əhli möminləri qoyub, kafirləri dost tutmamalı...
Müəllif: Admin
Tarix: 27-03-2020, 10:24
İman əhli möminləri qoyub, kafirləri dost tutmamalı...
Allah-Taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 28-ci ayəsində buyurur:

لاَّ يَتَّخِذِ الْمُؤْمِنُونَ الْكَافِرِينَ أَوْلِيَاء مِن دُوْنِ الْمُؤْمِنِينَ وَمَن يَفْعَلْ ذَلِكَ فَلَيْسَ مِنَ اللّهِ فِي شَيْءٍ إِلاَّ أَن تَتَّقُواْ مِنْهُمْ تُقَاةً وَيُحَذِّرُكُمُ اللّهُ نَفْسَهُ وَإِلَى اللّهِ الْمَصِيرُ

“İman əhli möminləri qoyub, kafirləri dost tutmamalıdırlar (və onları rəhbər seçməməlidirlər). Belə edənin Allah yanında heç bir dəyəri yoxdur. Kafirlərdən qorxub təqiyyə edən istisnadır. (Daha mühüm məqsədlər naminə müvəqqəti olaraq onlarla keçinin.) Allah sizə xəbərdarlıq edir. Qayıdış Allaha doğrudur.”

Ayədə Allahı qəbul etməyənlər və kafirlərlə rəftar qaydası, təqiyyə və təqiyyədən sui-istifadənin qarşısının alınması şərtləri bəyan olunur.

Təqiyyə müxaliflərin əzab-əziyyətinin qorxusundan həqiqi əqidəni gizlətmək, təhlükədən uzaq olmaq üçün onlarla mübarizəni tərk etməkdir.

Təqiyyə bəzən vacib, bəzən isə haram olur. (Qurani-Kərimin “Nəhl” surəsinin 106-cı ayəsində təqiyyə haqqındadır.) Bu ayə Əmmar Yasirin məqamı barəsində nazil olmuşdur.

Bildirişlər

1. Kafirlərin hakimiyyətini qəbul etmək möminlərə qadağandır. (Əgər dünya müsəlmanları yalnız bu ayəyə əməl etsəydilər, indi İslam məmləkətlərinin vəziyyəti başqa cür olardı.)

2. İslam cəmiyyətində müdiriyyət və rəhbərlik üçün iman əsas şərtdir.

3. Siyasi əlaqələr kafirlərin hakimiyyətinin qəbuluna və onlara qəlbən bağlılığa səbəb olmamalıdır.

4. Hər hansı rabitə və ya rabitənin qırılması düşüncə və əqidə əsasında olmalıdır. Ailə, tayfa və irqi bağlılıqlar rabitə üçün əsas ola bilməz.

5. Hər kəs kafirlərin ardınca getsə, Allah onu özbaşına buraxar və Öz qeybi yardımlarından məhrum edər.

6. Bəzən uca məqsədlərə çatmaq naminə kafirlərlə zahiri əlaqələr qurmaq olar.

7. Təqiyyə dinin hifzi üçündür. Təqiyyə bəhanəsi ilə məbada kafirlərə meyil edəsiniz və təqiyyə adından sui-istifadə olunsun.

8. Din təhlükədə olduğu hallarda hər şey fəda olunmalıdır və Allahdan qeyrisindən qorxmaq olmaz.

9. Məadı xatırlamaq təqvanın ən üstün amilidir.

10. Dünyanın bir neçə günlük ləzzəti və rifahından ötrü məbada kafirlərin hakimiyyətini qəbul edəsiniz. Hamının qayıdışı Allaha doğrudur. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 2-ci cild, “Ali-İmran” surəsi, 28-ci ayənin təfsiri.)

Maide.az
Oxşar xəbərlər
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930