Haqqun-nası, tövbə edərək aradan qaldıra bilərikmi?
Müəllif: Admin
Tarix: 27-03-2020, 10:22
Haqqun-nası, tövbə edərək aradan qaldıra bilərikmi?
Haqqun-nası iki hissəyə bölürlər: maddi olan haqqun-nas və maddi olmayan haqqun-nas. Əgər insan bir başqasının malını zay etsə və ya haqqını yesə – bu olur maddi haqqun-nas.

Əgər insan bir başqasının abırını aparır və onu rüsvay edirsə – bu olur qeyri-maddi haqqun-nas.

Maddi haqqun-nası yerinə yetirən insan gərək birincisi tövbə etsin və əməlinə görə peşman olsun. Sonra zay etdiyi malın əvəzini versin.

O kəs ki, qeyri-maddi haqqun-nas edirsə, o da gərək birincisi tövbə etməli və sonra həmin şəxsdən halallıq alıb abırını bərpa etməlidir.

Hər bir haqqun-nas, Haqqullah hesab olunur. Səbəbi də budur ki, insan qeybət edən zaman həm qarşı tərəfin abırını aparır və həm də Allahın qadağasına itaətsizlik edir.

Ona görə də haqqun-nası olan insanın razılığını almaqla yanaşı, Allahın da razılığını almalıdır. Bunun üçün isə dua və istiğfar etməlidir.

Haqqun-nası əda etməyin yolu – qarşı tərəfin razılığını əldə etməkdədir. Bəzən bu imkan bəzi şərtlərə görə yaranmır.

O zaman ki:

- Həmin şəxs bizim üçün məchuldur və onu tanımırıq.

- Həmin şəxsi tanıyırıq, ancaq harada olduğunu bilmirik.

Bu zaman Allah möminlər üçün başqa yollar açmışdır. Misal üçün, əgər kiminsə malını zay etmişiksə, dini rəhbərin icazəsini alaraq, həmin malı sədəqə şəklində ödəyə bilərik. Bu yolla Qiyamət günü həmin şəxsin razılığını ala bilərik.

Əgər qarşı tərəfin abırını aparmışıqsa, onun üçün tövbə etməliyik. Allahdan istəməliyik ki, qəlbini bizə qarşı yumşaq etsin.

Əgər qarşı tərəfi tanıyırıqsa və ondan halallıq istəmək kinə səbəb olarsa, o zaman həmin şəxs üçün istiğfar etməyimiz kifayət edəcəkdir.

Əgər maddi haqqun-nası qaytarmaq imkanımız varsa, onu qaytarmalıyıq – istər özümüz, istərsə də bizə yardım edə bilən ikinci şəxs vasitəsilə.

Hər bir halda boynunda haqqun-nas olan insan birinci tövbə edib, pis əməlinə görə paklanmalıdır. Sonra isə həmin haqqı əda etmək üçün səy göstərməlidir, istər maddi olsun, istərsə də qeyri-maddi.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930