İnsanlar niyə namazı tərk edirlər?
Mьəllif: admin1
Tarix: 25-03-2020, 18:50
İnsanlar niyə namazı tərk edirlər?
Namazı tərk edənləri ümumi halda 4 dəstəyə bölürlər:

1. İnkar üzündən namazı tərk edənlər. Onlar Allahın vacibatını vacib hesab etməz və özlərini onu yerinə yetirmək üçün mükəlləf bilməzlər.

2. Səhlənkarlıq üzündən tərk edənlər. Bu insanlar kəbirə günah işlədərək, fasiq olarlar.

3. Bəzi vaxtlarda namazı tərk edənlər. Bəzi insanlar vardır ki, namazı bəzən qılır, bəzən isə tərk edirlər. Onlar namazın vaxtını ötürər və dünya nemətləri ilə məşğul olarlar.

4. Namazın vacibatlarını, şərtlərini tərk edənlər. Bu insanlar ya namazın sözlərini doğru tələffüs etməzlər, ya düzgün dəstəmaz almaz və namazın təharətinə riayət etməzlər. Bəzən də qəsb olmuş məkanda namaz qılarlar.

Namazı tərk etməyin gətirdiyi ağır nəticələr:

1. Allah və Rəsulunun (s) amanından uzaq olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim namazı bilərəkdən və səbəb olmadan tərk edərsə, Allah və Rəsulunun (s) amanından uzaq olar”.

2. Əməlləri məhv olar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim üzrü olmadan namazı tərk edərsə, əməlləri məhv olar”.

3. Dini viran olar. Peyğəmbər (s) buyurur: “Namaz – dinin sütunudur, hər kim bilərəkdən namazı tərk edərsə, dinini viran etmiş olar”.

Allah Təala cəmi insanları bu acı aqibətdən hifz etsin!



/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930