Ailənin dolanışıq xərclərində xəsislik etməyin
Mьəllif: admin1
Tarix: 25-03-2020, 18:47
Ailənin dolanışıq xərclərində xəsislik etməyin
Ailə xərcinə gedən pulu artırmaq – İmam Rzanın (ə) buyurduğu kimi, hər bir ailə başçısının boynunda olan vacib vəzifədir.

Ancaq bu, o demək deyildir ki, israf etmək lazımdır. Dinimiz israf etməyin əleyhinədir. Eyni zamanda, başqa tərəfdən buyurur ki, ailənin dolanışıq xərclərində xəsislik etməyin.

İmam Rza (ə) buyurur: “Təmkinli mal sahibinə vacibdir ki, ailəsinin xərcini artırsın”.

Əlbəttə, bu mövzu o kəslərə aiddir ki, zəngindir, ancaq xəsislik edir və ailəsinə dolanışıq mövzularında əziyyət verir. İmam (ə) buyurur ki, bu cür insanın duası da qəbul olunmayacaqdır.

Əgər ailəsi bu halda onun ölməsini dua edərsə, onların duası tez yerinə yetər.

Beləliklə deyə bilərik ki, kişinin vəzifəsi ailəsini bacardığı qədər dolandırmaqdır. Əgər maddi imkanı yaxşıdırsa, onların ailə xərclərini artırmalıdır.

Qoymamalıdır ki, əziyyət çəksinlər. Əgər xəsislik edərsə, günah etmiş olar və duaları yerinə yetməz.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930